Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb
Ankara, 7 oktyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
AZƏRTAC Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, iki ölkənin liderləri qarşılıqlı münasibətlərin vəziyyətini və perspektivlərini, həmçinin regional və qlobal gündəmi müzakirə ediblər.
Türkiyə Prezidenti Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini vurğulayıb, həmçinin Moskva ilə Kiyev arasında birbaşa təmasların bərpa olunmasına Ankaranın töhfə verməyə hazır olduğunu qeyd edib.
Türkiyə lideri sülh səylərinin nəticə verməsinə yönəlmiş diplomatik təmasların vacibliyini vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]