Azərbaycan Dövlət İnformasiya Agentliyi

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Üzeyir Hacıbəyli festivalından dünya səhnələrinə: Milli musiqimizin beynəlxalq coğrafiyası genişlənir

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycanın milli mədəni irsinin qorunması, yaşadılması və beynəlxalq miqyasda təbliği dövlət mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu zəngin irsin ayrılmaz parçası olan Azərbaycan musiqisi isə əsrlər boyu formalaşmış ənənələri, bənzərsiz melodik dili və görkəmli bəstəkarların yaratdığı nadir sənət nümunələri ilə dünya mədəniyyət xəzinəsində özünəməxsus yer tutur. Bu irsin professional musiqi müstəvisində inkişafında isə dahi bəstəkar Üzeyir Hacıbəylinin xidmətləri misilsizdir. Onun yaratdığı sənət məktəbi Azərbaycan musiqisinin sonrakı inkişafının möhkəm təməlini formalaşdırıb.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı artıq illərdir dahi bəstəkarın irsinin yaşadılması ilə yanaşı, Azərbaycan musiqisinin dünyaya təqdim edilməsi, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və yeni nəsil sənətçilərin yaradıcılıq imkanlarının dəstəklənməsi baxımından mühüm platforma kimi çıxış edir.

AZƏRTAC-ın müxbiri ilə söhbətində mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsinin Azərbaycan mədəniyyətindəki yeri, beynəlxalq festivalın əhəmiyyəti, milli musiqimizin xarici ölkələrdə təbliği və bu istiqamətdə həyata keçirilən layihələr barədə danışıb:

Üzeyir Hacıbəyli irsi və beynəlxalq festivalın missiyası

Üzeyir Hacıbəyli dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, tarixdə bir çox yeniliklərə imza atmış böyük sənətkardır. Onun şərəfinə 2009-cu ildən etibarən Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festivalda hər zaman dünyaşöhrətli musiqiçilər, dirijorlar və müxtəlif kollektivlər iştirak edir, yaddaqalan, uzun müddət unudulmayan gözəl konsert proqramları təqdim olunur.

Festivalın sentyabrın 18-dən başlamasının da xüsusi əhəmiyyəti var. 1995-ci il sentyabrın 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış Fərmana əsasən bu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix hər kəs üçün çox əziz və doğma gündür.

Festival bu il ilk dəfə Azərbaycan Dövlət Akademik Filarmoniyasının açıq səhnəsində təşkil olunub. Tədbirdə geniş konsert proqramı təqdim edilib. Proqramın ilk hissəsində Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin, daha sonra isə Türk dünyasının tanınmış bəstəkarlarının əsərləri səsləndirilib.

Ümumiyyətlə, festivalın builki proqramı çox zəngin olub. Festival çərçivəsində bir sıra layihələr həyata keçirilib. Əlbəttə ki, gələcəyimiz olan uşaqlara və gənclərə də xüsusi yer verilir. Onların istedadlarını göstərmələri, yaradıcılıqlarını nümayiş etdirmələri üçün imkanlar yaradılır.

Festival çərçivəsində Azərbaycanın regionlarında da müxtəlif tədbir və konsertlər təşkil edilib. Bu istiqamətdə qarşılıqlı mədəni mübadiləyə xüsusi diqqət yetirilib. Məsələn, Gəncə Dövlət Filarmoniyasının kollektivləri başqa regionlarda çıxış ediblər. Eyni zamanda, Filarmoniyanın səhnəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivləri və digər ifaçılar maraqlı konsert proqramları təqdim ediblər.

Mədəni irsimizin təbliği və geniş işıqlandırılması prioritet məsələlərdəndir. Əbədiyyətə qovuşmuş görkəmli bəstəkar və sənətkarlarımızın unudulmaz yaradıcılığına həsr olunan konsertlər müntəzəm təşkil olunur. Bununla yanaşı, çağdaş mədəniyyətimizi zənginləşdirən Xalq artistlərinin və tanınmış sənət adamlarının yaradıcılıq gecələrinin keçirilməsi də xüsusi diqqətdə saxlanılır.

Ölməz əsərlər dünya səhnələrində

Üzeyir Hacıbəylinin zəngin irsi bizim üçün hər zaman doğma və əzizdir. Bəstəkarın yaradıcılığında xüsusi yer tutan "Koroğlu" operası isə yalnız ölkəmizdə deyil, bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən böyük sevgi ilə qarşılanır. Bu əsər ilk notundan sonunadək həm musiqi aləmi, həm də soydaşlarımız üçün müstəsna əhəmiyyət daşıyır.

Ötən il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına "Koroğlu" operası ilə start verilib. Bu ölməz sənət incisi təkcə festivalda deyil, müxtəlif səhnələrdə də hər zaman böyük maraqla qarşılanır.

Dahi bəstəkarın "Arşın mal alan" operettası da bu il milli musiqimizin beynəlxalq miqyasda təbliği baxımından son dərəcə uğurlu olub. Səhnə əsəri Mədəniyyət Nazirliyi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərindəki “Akzent” Teatrında üç gün ərzində nümayiş etdirilib.

Şəxsən izlədiyim bu tamaşalar dərin təəssürat bağışladı – üç gün boyunca zalda tək bir anşlaqsız seans və ya boş bilet qalmamışdı. Vyanada Üzeyir bəyin yaradıcılığına göstərilən böyük diqqət qürurverici idi.

Bu uğur yalnız Vyana ilə məhdudlaşmır; ölməz operettanın dünyanın digər möhtəşəm səhnələrində də təqdim olunması planlaşdırılır. "Arşın mal alan" bundan sonra da Azərbaycan mədəniyyətini dünyada şərəflə təmsil etməyə davam edəcək.

Azərbaycan musiqisinin beynəlxalq coğrafiyası genişlənir

Festival çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri də uğurlu fəaliyyəti ilə seçilib. Məqsədimiz dahi bəstəkarın ölməz yaradıcılığını beynəlxalq auditoriyaya daha geniş coğrafiyada və möhtəşəm səhnələrdə təqdim etməkdir.

Eyni zamanda, estrada-simfonik orkestrinin və digər kollektivlərin ilboyu – yanvardan dekabrın sonunadək davam edən qastrol səfərləri böyük maraq doğurur. Kollektivlərimiz istər böyük səhnələrdə, istərsə də müxtəlif məkanlarda hər zaman yüksək peşəkarlıq nümayiş etdirirlər.

Növbəti festivallarda xarici musiqiçilərlə tərəfdaşlığın genişləndirilməsi planlaşdırılır. Bu çərçivədə hazırda Avstriyadan olan və Azərbaycan musiqisinə xüsusi maraq göstərən dirijorla danışıqlar aparılır. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı orkestri ilə nəzərdə tutulan bu layihələr milli musiqimizin dünyada təbliğinə yeni töhfələr verəcək.

Milli musiqi irsi Şuşadan dünya səhnələrinə

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Üzeyir Hacıbəylinin Şuşada onun evi və muzeyi bərpa olunub. Hazırda dünyanın müxtəlif ölkələrindən gələn turistlər, eləcə də musiqi mütəxəssisləri Üzeyir Hacıbəylinin yaradıcılığı ilə tanış olmaq üçün həmin muzeyi ziyarət edirlər. Şuşada Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunan konsertlərin təşkil edilməsi də mühüm əhəmiyyət daşıyır.

Ümumiyyətlə Azərbaycanın regionlarında, xüsusilə Xankəndi, Ağdam, Şuşa, Laçın, Xocavənddə müxtəlif tədbirlər keçirilir. Bu il ilk dəfə Xocavənddə Şəhər Günü qeyd olundu. Bu cür tədbirlərdə uşaqların və gənclərin iştirakı xüsusi sevindirici haldır.

Azərbaycan bəstəkarlıq məktəbinin zəngin irsi yaşadılır

Azərbaycan bir çox görkəmli sənətkar yetişdirib. Onların arasında Fikrət Əmirovun zəngin yaradıcılığı xüsusi yer tutur. Bəstəkarın əsərlərinin xaricdə təqdim olunması Azərbaycan musiqisinin beynəlxalq miqyasda təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Müxtəlif ölkələrdə keçirilən silsilə konsert və tədbirlər milli musiqimizin əsl təntənəsinə çevrilir. Bu proqramlarda səslənən əsərlər beynəlxalq auditoriya tərəfindən hər zaman böyük rəğbət və sevgi ilə qarşılanır.

Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev və digər böyük sənətkarlarımızın irsi bu gün də konsert proqramlarının əsasını təşkil edir. Böyük bəstəkarlarımızın bizə əmanət qoyduğu zəngin xəzinə diqqətlə qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür.

Azərbaycan musiqisinin köklü ənənələrini davam etdirmək, dahi bəstəkarlarımızın əsərlərini dünya səhnələrində səsləndirmək və gəncləri bu irslə yaxından tanış etmək prioritet məqsədlərimizdəndir. Bu istiqamətdə təşkil olunan festivallar, qastrol səfərləri və müxtəlif mədəni layihələr musiqi mədəniyyətimizin daha geniş coğrafiyada tanıdılmasına xidmət edir.

Müxbir – Gülay Nəzərova
Fotomüxbir – Səfiyar Məcnun

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medalı əldən verib

Avropadakı sosial böhran fonunda Almaniyada gənclərin etirazı:“Gen Z regelt” aksiyaları nədən xəbər verir?

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Kimya İnstitutu NASCO29-da təmsil olunub

Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib

Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib

Avropada dərinləşən böhran - TƏHLİL

Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur

Media və Yayım Şurası bəyanat yayıb

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb

Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq