“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının yeni tədris ilində ilk iclası keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, iclasda Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə və Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında etdiyi çıxışlardan irəli gələn məsələlər müzakirə olunub. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair AzTU-da xüsusi proqramın hazırlanması qərara alınıb.
“SABAH.city” innovasiya şəhərciyində AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzinin yaradılması barədə qərar qəbul edilib. Mərkəzin fəaliyyəti süni intellektəsaslı kibertəhlükəsizlik və müdafiə texnologiyaları sahəsində fundamental və tətbiqi tədqiqatların aparılmasına, universitet-sənaye tərəfdaşlığının gücləndirilməsinə, həmçinin sənaye ehtiyacları üçün innovativ həllərin yaradılmasına və xidmətlərin göstərilməsinə yönələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]