Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Sabirabad rayonunda növbəti səyyar görüş təşkil edib.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, səyyar görüş zamanı vətəndaşların şifahi müraciətləri dinlənilib, maliyyə xidməti sahəsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə vətəndaşlar tərəfindən kredit istəyi, kredit öhdəlikləri üzrə güzəşt istəyi, ATM və ödəniş terminallarının quraşdırılması ilə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində araşdırılaraq müvafiq izahat verilib, əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınıb.
Qeyd edək ki, vətəndaşlar Mərkəzi Bankın səyyar görüşləri və xidmətləri ilə bağlı müraciətlərini www.contact.e-cbar.az saytı və ya "966" Çağrı Mərkəzi vasitəsilə ünvanlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:24]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [18:35]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:22]