Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
Berlin, 9 oktyabr, AZƏRTAC
Almaniyanın Bavariya əyalətinin Bernqau şəhərində yerli dövlət qurumunun iki əməkdaşını odlu silahdan atəş açaraq qətlə yetirən şəxs saxlanılıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə 60 yaşlı şəxsin evində adi silah yoxlaması zamanı baş verib. Öldürülən əməkdaşlardan biri qadındır.
Hadisədən dərhal sonra həmin şəxsin saxlanılması üçün polis tərəfindən əməliyyat keçirilib və onun evi mühasirəyə alınıb. Xüsusi təyinatlı əməliyyat bölməsinin və zirehli texnikanın da cəlb olunduğu əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Onun əməliyyat zamanı güllə yarası aldığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]