Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər
Astana, 9 oktyabr, AZƏRTAC
Aktauda Xəzəryanı dövlətlərin universitetləri və tədqiqat mərkəzləri Assosiasiyasının 28-ci Baş Assambleyası keçirilib.
AZƏRTAC Manqistau vilayəti administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrin ali təhsil müəssisələrinin və tədqiqat təşkilatlarının rəhbərləri, alimlər iştirak ediblər.
İştirakçılar Xəzər dənizinin ekoloji vəziyyəti, suyun səviyyəsinin azalması, su çatışmazlığı, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyinin təsiri məsələlərini müzakirə ediblər.
Onlar elmi məlumatların mübadiləsinin, birgə tədqiqatların aparılmasının və sübutlara əsaslanan praktik həllər hazırlanmasının vacibliyini vurğulayıblar.
1996-cı ildə yaradılan Assosiasiya Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın ali təhsil müəssisələrini və tədqiqat institutlarını birləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:29]
Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]