Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb
Paris, 9 oktyabr, AZƏRTAC
Fransanın Port-dö-Buk şəhərində bələdiyyə polisi rəisinin lisey şagirdlərinin üstünə avtomobil sürməsini göstərən videonun yayılmasından sonra vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb. Hadisə oktyabrın 2-də Jean-Moulin liseyinin qarşısında şagirdlərin etiraz aksiyası zamanı baş verib.
AZƏRTAC xəbər verir ki, videoda yüksək sürətlə hərəkət edən polis avtomobilinin üç şagirdə doğru irəlilədiyi və onların təhlükədən yayınmaq üçün qaçdığı görünür. “Marsactu” tərəfindən yayılan məlumatı “ICI Provence-Alpes” kanalı da təsdiqləyib.
Port-dö-Buk şəhər rəhbərliyi hadisəni dərin narahatlıq doğuran insident kimi qiymətləndirib.
Polis əməkdaşına intizam xarakterli işdən uzaqlaşdırma və ya vəzifəsinin aşağı salınması kimi tədbirlərin tətbiqi nəzərdən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]