Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

Bakı, 9 oktyabr, AZƏRTAC

Xəzər dənizi bu gün yalnız beş sahilyanı dövlətin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın coğrafi sərhədləri daxilində yerləşən unikal su hövzəsi deyil, eyni zamanda, regionun ekoloji, iqtisadi və sosial gələcəyinə təsir göstərən strateji məkandır. Son illər Xəzərin səviyyəsinin sürətlə aşağı düşməsi, sahil xəttinin geri çəkilməsi, biomüxtəlifliyə yaranan təhdidlər və iqlim dəyişmələrinin təsirlərinin güclənməsi dənizin gələcəyi ilə bağlı məsələləri əvvəlki dövrlərlə müqayisədə daha aktual edib. Məhz bu baxımdan Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən Xəzər Ekoloji Sammiti xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində sammitdə iştirakı isə Azərbaycanın Xəzərin qorunması məsələsinə verdiyi əhəmiyyətin növbəti göstəricisidir.

AZƏRTAC Xəzər Ekoloji Sammitinin gündəliyində dayanan əsas məsələləri, Xəzər dənizinin səviyyəsinin azalmasının ekoloji, iqtisadi və sosial nəticələrini, eləcə də sahilyanı dövlətlərin bu çağırışların aradan qaldırılması istiqamətində birgə fəaliyyətinin əhəmiyyətini təhlil edir.

Xəzər dənizində baş verən dəyişikliklərin miqyası problemin yalnız ayrı-ayrı sahilyanı dövlətlərin milli siyasəti çərçivəsində həll edilə bilməyəcəyini göstərir. Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərin su balansı əsasən çay axınları, yağıntı və buxarlanma kimi təbii amillərin təsiri altında formalaşır. Bununla yanaşı, son elmi araşdırmalar göstərib ki, insan fəaliyyəti və iqlim dəyişmələri bu balansın pozulmasını sürətləndirən amillər sırasındadır. Prosesin nəticələri isə yalnız ekoloji xarakter daşımır. Suyun səviyyəsinin azalması, ilk növbədə, sahil ekosistemlərinin strukturunu dəyişir, dayaz ərazilərin və bataqlıq sahələrin itirilməsinə, balıqların, su quşlarının və digər canlıların yaşayış mühitlərinin daralmasına səbəb olur. Digər tərəfdən, Xəzərin səviyyəsinin azalması sahilyanı infrastruktur üçün də yeni çağırışlar yaradır. Limanların, gəmiçilik kanallarının, sahilboyu sənaye və logistika obyektlərinin əvvəlki su dərinliyinə uyğun fəaliyyət göstərməsi çətinləşə bilər. Bu isə Xəzər üzərindən həyata keçirilən yükdaşımaların səmərəliliyinə, limanların fəaliyyətinə və regionun nəqliyyat əlaqələrinə təsir göstərə biləcək amillərdir.

Xəzərin ekoloji təhlükəsizliyi daha geniş regional proseslərlə əlaqəlidir

Xəzərin problemləri bir ölkənin sərhədləri daxilində formalaşmır və bir ölkənin səyləri ilə də həll oluna bilməz. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın sahilyanı dövlətlər kimi Xəzərin ümumi ekosisteminə təsir edən proseslər üzərində fərqli imkanları və məsuliyyətləri var. Bu baxımdan Xəzər Ekoloji Sammitinin ən mühüm xüsusiyyətlərindən biri ekoloji gündəmin dövlət başçıları səviyyəsinə çıxarılmasıdır. Türkmənistanın təşəbbüsü ilə keçirilən görüş Xəzərin ekoloji problemlərini yalnız ekspert və nazirliklər səviyyəsində deyil, siyasi qərarların qəbul edildiyi ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradır. Bu isə qəbul ediləcək qərarların icra mexanizmlərinin daha aydın müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıya bilər. Əslində, Xəzərin ekoloji problemləri ilə bağlı regional əməkdaşlıq üçün artıq müəyyən hüquqi baza mövcuddur. Belə ki, 2003-cü ildə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanan Tehran Konvensiyası Xəzərin dəniz mühitinin qorunması üzrə beş sahilyanı dövlətin ilk hüquqi qüvvəyə malik regional sazişidir. Konvensiya 2006-cı ildə qüvvəyə minib və çirklənmənin qarşısının alınması, ekosistemlərin qorunması, biomüxtəlifliyin saxlanılması, monitorinq, elmi tədqiqat və ekoloji məlumat mübadiləsi üçün ümumi çərçivə formalaşdırıb. Bu baxımdan Xəzər Ekoloji Sammitinin Tehran Konvensiyası çərçivəsində görülən işləri siyasi iradə ilə dəstəkləyən növbəti mərhələ olması mümkündür. Çünki Xəzərin səviyyəsinin azalması ilə bağlı əsas ehtiyac yalnız problemin miqyasını müəyyənləşdirmək deyil, onun nəticələrinə uyğunlaşmaq üçün uzunmüddətli regional strategiya hazırlamaqdır.

Xəzərin ekoloji təhlükəsizliyi məsələsi, eyni zamanda, daha geniş regional proseslərlə də əlaqəlidir. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin son illər sürətlə inkişaf etməsi Xəzər dənizinin yalnız ekoloji deyil, həm də nəqliyyat və iqtisadi əlaqələndirici rolunu artırıb. Orta Dəhliz, limanlar və logistika infrastrukturu Xəzər üzərindən keçən bağlantıların əhəmiyyətini yüksəldir. Bu baxımdan dənizdə su səviyyəsinin azalması gələcəkdə nəqliyyat marşrutlarının dayanıqlılığı məsələsini də gündəmə gətirə bilər. Deməli, Xəzərin ekoloji təhlükəsizliyi ilə iqtisadi təhlükəsizlik arasında getdikcə daha sıx əlaqə yaranır. Dənizin qorunması yalnız təbiətin mühafizəsi məsələsi deyil. Bu, sahilyanı əhalinin yaşayış şəraitindən balıqçılığa, turizmdən limanların fəaliyyətinə, enerji infrastrukturundan beynəlxalq nəqliyyat dəhlizlərinə qədər geniş spektri əhatə edən kompleks məsələdir.

Azərbaycanın mövqeyi regional əməkdaşlığı genişləndirir

Azərbaycanın həm Xəzərin qərb sahilində yerləşməsi, həm də enerji və nəqliyyat layihələrindəki rolu ölkənin ekoloji gündəlikdə fəal mövqeyini şərtləndirir. Prezident İlham Əliyevin 2026-cı ildə Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində də Xəzər dənizinin səviyyəsinin son iki yüzillik ərzində qeydə alınan tarixi minimuma yaxınlaşması problemin ciddiliyinin göstəricisi kimi qeyd edilib. Müraciətdə su qıtlığının yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün ciddi narahatlıq doğurduğu bildirilib. Eyni zamanda, ətraf mühitin mühafizəsi və yaşıl artım Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafının əsas milli prioritetlərindən biri kimi müəyyənləşdirilib.

Prezident İlham Əliyev daha əvvəl də Xəzərdə su səviyyəsinin azalması məsələsinə diqqət çəkib. Belə ki, 2024-cü ildə “Euronews”a müsahibəsində dövlətimizin başçısı Bakıda yaşayan insanların Xəzərin getdikcə dayazlaşmasını artıq əyani şəkildə müşahidə etdiyini bildirib, bunu iqlim dəyişmələrinin yaratdığı nəticələr sırasında göstərib və problemin həlli üçün fəal tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın mövqeyinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, ölkə problemi yalnız müşahidə və qiymətləndirmə səviyyəsində saxlamır, onun səbəblərinin öyrənilməsi və mümkün nəticələrə uyğunlaşma istiqamətində regional əməkdaşlığı genişləndirir. Bu istiqamətdə mühüm addımlardan biri Azərbaycan-Qazaxıstan İşçi Qrupunun yaradılmasıdır. 2026-cı il aprelin 24-də Astanada keçirilən ilk iclasda Xəzər dənizində su səviyyəsinin azalmasına təsir edən iqlim və antropogen amillər, bunun ekosistemlərə və sahilyanı ərazilərə mümkün təsirləri müzakirə olunub. Tərəflər birgə tədqiqatların aparılması, məlumat mübadiləsinin genişləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər.

Azərbaycanın Rusiya ilə əməkdaşlığında da Xəzərin səviyyəsinin azalması xüsusi istiqamət kimi müəyyənləşdirilib. 2025-ci ilin mayında Sankt-Peterburqda keçirilən Azərbaycan-Rusiya İşçi Qrupunun iclasında Xəzərin səviyyəsinin enməsi ilə bağlı birgə proqramın layihəsi, onun icra mexanizmləri və növbəti mərhələlər üzrə fəaliyyətlər müzakirə edilib.

Bu baxımdan Azərbaycan üçün Avazada keçirilən Xəzər Ekoloji Sammiti artıq görülən ikitərəfli və çoxtərəfli işlərin daha yüksək siyasi səviyyədə əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin sammitdə iştirakı yalnız ekoloji məsələlərin müzakirəsinə verilən siyasi dəstək deyil, həm də Xəzərin gələcəyinin beştərəfli əməkdaşlıq, elmi əsaslandırılmış qərarlar və uzunmüddətli regional strategiya əsasında qorunmasının vacibliyinə verilən mühüm mesaj kimi qiymətləndirilə bilər. Avazada qəbul ediləcək qərarlar məhz bu yanaşmanın nə dərəcədə praktik mexanizmlərə çevriləcəyini göstərəcək. Xəzərin gələcəyi isə artıq yalnız sahilyanı dövlətlərin deyil, bütövlükdə regionun ekoloji və iqtisadi dayanıqlığının mühüm göstəricilərindən biridir.

Müəllif – Aytac Haqverdiyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ İranla münaqişənin həllinə tələsmir

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqlayıb

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL