Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Sentyabrda qızılla dəstəklənən birja fondlarına (ETF) qlobal investisiyalar 10 milyard dollar təşkil edib. Bununla da 2026-cı ilin üçüncü rübündə qızıl ETF-lərinə yatırımlar rekord həddə – 31 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council) yeni hesabatında bildirilir.
Hesabata əsasən, investisiya axınına Avropa və Şimali Amerikada qeydiyyatdan keçmiş fondlar başçılıq edib.
Qeyd olunub ki, qızılın qiymətinin aşağı düşməsinə baxmayaraq, güclü investor tələbi qlobal qızıl ETF-lərindəki fiziki qızıl ehtiyatlarının 67 ton artaraq rekord 4 min 256 tona çatmasına səbəb olub. Bununla belə, ümumi idarə olunan aktivlərin həcmi aylıq müqayisədə 7 faiz azalaraq 574 milyard dollar təşkil edib.
Üçüncü rübdə qızıl ETF-lərinin ümumi aktivləri 9 faiz, fondların fiziki qızıl ehtiyatları isə 211 ton artıb.
Ölkələr üzrə üçüncü rübdə rekord investisiya axınına ABŞ başçılıq edib. Böyük Britaniyada qeydiyyatdan keçmiş fondların da əhəmiyyətli töhfəsi nəticəsində Avropa regionu tarixində ən yüksək rüblük investisiya axınını qeydə alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]