® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir
“Silk Way West Airlines” “CargoAi” ilə tərəfdaşlıq çərçivəsində rəqəmsal bronlaşdırma imkanlarını genişləndirərək 30 mindən artıq ekspeditora ABŞ, Avropa və Asiyanın əsas bazarlarında mövcud yükdaşıma həcmləri və aktual tariflər barədə məlumatlara, eləcə də elektron bronlaşdırma xidmətlərinə rahat onlayn çıxış imkanı yaradır. Şanxayda 2026-cı ildə keçirilən “Air Cargo China” sərgisində elan olunan rəqəmsal tərəfdaşlığın növbəti mərhələsində “CargoMART” vasitəsilə standart yüklərin, litium batareyalarının və təhlükəli yüklərin bronlaşdırılması, həmçinin “CargoCONNECT” vasitəsilə aparıcı nəqliyyatın idarə edilməsi sistemləri ilə birbaşa inteqrasiya imkanı yaradılıb. Bu, proseslərin şəffaflığını artırır, avtomatlaşdırma imkanlarını genişləndirir və aviaşirkətin bütün marşrut şəbəkəsi üzrə müxtəlif rəqəmsal bronlaşdırma platformaları vasitəsilə xidmətlərə çıxışı asanlaşdırır.
Əməkdaşlığın yeni mərhələsi “Silk Way West Airlines”ın rəqəmsal transformasiyasının davamını əks etdirir və aviaşirkətin xidmətlərini və yükdaşıma imkanlarını dünya üzrə ekspeditorların istifadə etdiyi rəqəmsal platformalarda daha əlçatan etməyə yönələn strategiyasının tərkib hissəsidir. İlkin tərəfdaşlıq sazişi tarif məlumatlarının daha şəffaf təqdim edilməsi və rəqəmsal bronlaşdırma imkanlarının gələcək inkişafı üçün zəmin yaratmışdı. Bu inteqrasiyanın növbəti mərhələsi həmin çərçivə əsasında müştərilər üçün rəqəmsal satış və bronlaşdırma imkanlarını daha da genişləndirir.
“CargoAi” ekosistemi vasitəsilə ekspeditorlar “Silk Way West Airlines”ın mövcud yükdaşıma həcmləri haqqında məlumatı müxtəlif rəqəmsal platformalardan əldə edə bilirlər. Bu isə tariflərin axtarışı, mövcud daşınma variantlarının seçilməsi və bronların idarə edilməsi zamanı daha geniş seçim və çeviklik yaradır. “CargoMART” və “CargoCONNECT” vasitəsilə yaradılan bağlantı məlumatların əlçatanlığını və şəffaflığını artırmağa, prosesləri avtomatlaşdırmağa, eyni zamanda müştərilər üçün daha sürətli və rahat xidmət təcrübəsini təmin etməyə yönəlib.
“Rəqəmsal satış imkanlarımızın genişləndirilməsi müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atdığımız mühüm addımlardan biridir. CargoAi ilə tərəfdaşlığımız sayəsində ekspeditorlar artıq gündəlik istifadə etdikləri rəqəmsal alətlər vasitəsilə yükdaşıma həcmlərimizə, tariflərimizə və xidmətlərimizə daha rahat çıxış əldə edirlər. Təkliflərimizi daha əlçatan etməklə və bronlaşdırma prosesini sadələşdirməklə, müştəri təcrübəsini yaxşılaşdırır, eyni zamanda qlobal şəbəkəmizin rəqəmsal imkanlarını inkişaf etdiririk”,-deyə “Silk Way West Airlines”ın prezidenti Volfqanq Mayer bildirib.
“Silk Way West Airlines ilə tərəfdaşlığımızı inkişaf etdirməkdən məmnunuq. Silk Way West Airlines-ın genişgövdəli yük təyyarələri parkı və qlobal marşrut şəbəkəsinin CargoAi-yın rəqəmsal ekosisteminə inteqrasiyası ekspeditorlar üçün müxtəlif rəqəmsal bronlaşdırma platformaları üzərindən yükdaşıma imkanları və tariflər haqqında məlumatlara çıxışı asanlaşdırır. Tərəfdaşlığın bu yeni mərhələsi ekspeditorların Silk Way West Airlines ilə əməkdaşlıq imkanlarını genişləndirir və aviaşirkətin rəqəmsal inkişafına töhfə verir”,-deyə “CargoAi”ın təsisçisi və Baş icraçı direktoru Matye Peto bildirib.
Rəqəmsal satış kanallarının davamlı inkişafı müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, yükdaşıma imkanlarına çıxışın genişləndirilməsinə və aviaşirkətin qlobal fəaliyyəti çərçivəsində innovativ həllərin tətbiqinə töhfə verir.
“Silk Way West Airlines” haqqında
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulan “Silk Way West Airlines” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan “Silk Way West Airlin”es 2030-cu ilə qədər donanmasını müasir “Boeing 777F”, “Boeing 777-8F” və “Airbus A350F” təyyarələri ilə yeniləməyi planlaşdırır.
Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 min tondan artıq yük dövriyyəsini idarə edir.
“CargoAi” haqqında
“CargoAi” hava yükdaşımaları sahəsində süni intellekt üzrə ixtisaslaşmış aparıcı şirkət və innovativ həllər vasitəsilə yükdaşıma ekosisteminin inkişafına və inteqrasiyasına töhfə verən, sektorun ən sürətlə inkişaf edən rəqəmsal platformalarından biridir. Sənaye ekspertləri tərəfindən idarə olunan şirkət satınalma, bronlaşdırma, inteqrasiya, ödəniş və dayanıqlı inkişaf proseslərini sadələşdirmək üçün nəzərdə tutulan kompleks rəqəmsal həllər ekosistemi təqdim edir.
“CargoAi” qabaqcıl texnoloji standartları, həllərin səmərəli tətbiqi imkanlarını və yükdaşıma sektorunun rəqəmsal transformasiyasına dair kompleks yanaşmanı bir araya gətirir. Şirkətin ekosistemi aviaşirkətlərə və ekspeditorlara müxtəlif platforma və sistemlər vasitəsilə tariflərə, elektron bronlaşdırma xidmətlərinə, yüklərin izlənilməsinə və rəqəmsal əməkdaşlıq alətlərinə çıxış imkanı verir.
Aviaşirkətlər, ekspeditorlar, yerüstü xidmət operatorları və hava limanları ilə real vaxt rejimində məlumat mübadiləsini təmin edən geniş bağlantı şəbəkəsinə əsaslanan “CargoAi” kommersiya təkliflərinin hazırlanması, bronlaşdırma və yükdaşımalarının idarə edilməsi proseslərini avtomatlaşdırmaq üçün süni intellekt əsaslı alətlərdən və intellektual agentlərdən istifadə edir.
“CargoWALLET” vasitəsilə “CargoAi”, həmçinin yükdaşıma sektoru üçün 150-dən çox ölkədə və 47 valyutada təhlükəsiz və ani qlobal ödənişləri sürətləndirməyə imkan verən qabaqcıl rəqəmsal ödəniş həlli təqdim edir.
2026-cı ildə “CargoAi” üç nüfuzlu sənaye mükafatına layiq görülüb: “Air Cargo Week” tərəfindən “Solution Provider of the Year”, “Best Air Cargo Technology Ecosystem 2026” və “Air Cargo Digital Transformation Leader Award 2026”. Bu mükafatlar şirkətin liderliyini, davamlı innovasiya fəaliyyətini və qlobal hava yükdaşımaları sənayesinin rəqəmsal transformasiyasına verdiyi mühüm töhfəni təsdiqləyir.
“CargoAi”, həmçinin hava yükdaşımaları sənayesində rəqəmsal transformasiya üçün vahid həll platforması yaratmağı qarşısına məqsəd qoyan “CargoTech”in üzvüdür. Baş ofisi Sinqapurda yerləşən “CargoAi”ın komandaları bütün qitələrdə fəaliyyət göstərir.
Ətraflı məlumat üçün: https://www.cargoai.co/