Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
Bakı, 9 oktyabr, AZƏRTAC
Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOC) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya Həmrəyliyi Forumu öz işinə başlayıb.
Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildirilib ki, forumda ölkəmizi MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
Forumun ilk günü 46-cı Avropa Olimpiya Komitələrinin (AOK) seminarı və Olimpiya Həmrəyliyi Forumunun rəsmi açılış mərasimi ilə başlayıb. Tədbirdə Xorvatiya Olimpiya Komitəsinin prezidenti Yosip Varvodiç, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və Xorvatiyanın Turizm və İdman Nazirliyinin dövlət katibi Yosip Paviç çıxış ediblər.
Forumda 11-ci Avropanın ən yaxşı gənc idmançısı üçün nəzərdə tutulan “Pyotr Nurovski” mükafatının təqdimat mərasimi keçirilib. Forum çərçivəsində 2027-ci il Qış və Yay Avropa Gənclər Olimpiya Festivalları, İstanbulda keçiriləcək IV Avropa Oyunları və “Los-Anceles-2028” Yay Olimpiya Oyunları üzrə müzakirələr aparılacaq, plenar iclaslar və birgə işçi sessiyaları keçiriləcək.
AOC-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]