TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib
Bakı, 9 oktyabr, AZƏRTAC
Tibb işçilərinin davranış və ünsiyyət bacarıqlarını beynəlxalq standartlara uyğun inkişaf etdirmək və vətəndaşların xidmət keyfiyyətindən məmnunluğunu artırmaq məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Tibb işçisinin etik davranış qaydaları” proqramı həyata keçirilib.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, TƏBİB-in tabeliyindəki bütün tibb müəssisələrində tətbiq olunan proqramda ölkə üzrə 56 min tibb işçisi iştirak edib.
Proqram mərhələli şəkildə silsilə təlimlər şəklində təşkil olunub.
Təlimlər şəxsi sərhədlərə hörmət, vətəndaşlara nəzakət və həssaslıqla yanaşma, eləcə də effektiv ünsiyyət mövzularını əhatə edib.