® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
“PAŞA Bank” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həssas sosial qruplardan olan gənclərin potensialının inkişafını dəstəkləyən “Gələcəyi birlikdə quraq!” layihəsini dəstəkləməyə davam edir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və “Care Group”un təşkilatçılığı ilə həyata keçirilən təşəbbüs uşaq evi sosial xidmət müəssisələrində yaşayan 13-18 yaşarası 40 gəncin əmək bazarına hazırlığını artırmağı, həmçinin onların gələcək karyera seçimlərini daha məsuliyyətli şəkildə formalaşdırmalarına dəstək olmağı hədəfləyir.
Yekun mərhələdə hər bir iştirakçının təlim nəticələri, bacarıqları, maraq dairəsi və inkişaf potensialı nəzərə alınaraq fərdi inkişaf istiqamətləri müəyyən ediləcək. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində seçilmiş iştirakçılar üçün təcrübə proqramları, mentorluq və potensial məşğulluq imkanları qiymətləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:38]
AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq
- 09.10.2026 [13:27]