Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova Böyük Britaniyanın “TheCityUK” təşkilatının nümayəndə heyəti ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi, xüsusilə London Fond Birjasında listinq imkanları müzakirə edilib. Bu istiqamətdə mövcud tənzimləyici və texniki tələblər nəzərdən keçirilib, potensial emitentlərin London Fond Birjasında ikili listinq imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Mərkəzi Bankın “2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişafı Strategiyası”nın icrası çərçivəsində kapital bazarları sahəsində əldə olunmuş nailiyyətlər və növbəti dövr üçün prioritet istiqamətlər barədə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]