Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb
Astana, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “Çingiz Aytmatov” medalına layiq görülüb.
AZƏRTAC Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun saytına istinadla xəbər verir ki, təltif olunma haqqında sərəncam oktyabrın 9-da Bişkekdə forumun prezidenti Askar Aytmatov tərəfindən imzalanıb.
Sənəddə Mahirə Hüseynovanın görkəmli qırğız yazıçısı, mütəfəkkir və humanist Çingiz Torekul oğlu Aytmatovun yaradıcılıq irsinin təbliğinə verdiyi mühüm töhfə qeyd olunur.
Həmçinin vurğulanır ki, professor peşəkar bilik və yaradıcılıq potensialından təhsil-maarifləndirmə fəaliyyətində istifadə edir, tarixi yaddaşın və mənəvi dəyərlərin qorunmasına töhfə verir, yazıçının zəngin ədəbi irsini geniş auditoriyaya tanıdır.
Sərəncama əsasən, Mahirə Hüseynova “Çingiz Aytmatov” medalı ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:16]
Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO
- 09.10.2026 [15:38]
“Ədəbiyyat aləminə səyahət” - kitab sərgisi
- 09.10.2026 [15:28]
BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi
- 09.10.2026 [14:38]
Nobel Sülh Mükafatının laureatı məlum olub
- 09.10.2026 [13:20]