Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Bakı, 9 oktyabr, AZƏRTAC

Xəzər dənizi beş ölkəni birləşdirən, həmçinin regional iqtisadiyyatın, nəqliyyat əlaqələrinin və enerji təhlükəsizliyinin mühüm tərkib hissəsi olan strateji su hövzəsidir. Lakin dənizin səviyyəsinin düşməsi sahilyanı dövlətlər qarşısında bu imkanlarla bağlı, eləcə də ciddi ekoloji və iqtisadi çağırışlar yaradır. Sahil xəttinin dəyişməsi, ekosistemlərə təsir, limanların və nəqliyyat infrastrukturunun fəaliyyətində yarana biləcək çətinliklər problemin regional miqyasını daha da artırır. Xəzər dənizinin səviyyəsinin enməsinə təsir edən amillərin bütün kompleksinin müəyyənləşdirilməməsi və vəziyyətin gələcək inkişafının obyektiv elmi qiymətləndirilməməsi qarşıdakı illərdə risklərin idarə olunmasını çətinləşdirə bilər. Xəzərin qorunması isə Xəzəryanı dövlətlərin birgə məsuliyyətini, elmi əsaslı qərarları və davamlı əməkdaşlığı zəruri edir.

Volqa çayı: Xəzərin su balansının əsas mənbəyi

Xəzər dənizinin səviyyəsinin azalmasının səbəbləri araşdırılarkən Volqa çayının axınında baş verən dəyişikliklər xüsusi diqqət mərkəzində olmalıdır. Volqa Xəzərə tökülən ən böyük çaydır və dənizə çaylar vasitəsilə tökülən suyun əsas hissəsini təmin edir. Müxtəlif qiymətləndirmələrdə bu payın təxminən 80 faiz olduğu göstərilir. Bu göstərici Volqanın axımında baş verən dəyişikliklərin Xəzərin su balansı üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. Belə bir şəraitdə Volqanın axınında azalma və ya çayın su rejimində dəyişikliklər Xəzərə daxil olan suyun həcminə mümkün təsirləri baxımından diqqətlə araşdırılmalıdır. Çayın üzərində su anbarlarının və bəndlərin mövcudluğu, eləcə də suvarma və digər təsərrüfat məqsədləri üçün su ehtiyatlarından istifadə bu araşdırmanın mühüm istiqamətləridir. Volqanın illər üzrə axım göstəriciləri, su anbarlarının iş rejimi, çaydan götürülən suyun həcmi, yağıntılar, temperatur və buxarlanma barədə məlumatlar birlikdə təhlil edilməlidir.

Çayın axımında baş verən dəyişikliklərin dənizin səviyyəsinə təsiri sahilyanı dövlətlərin ortaq maraqlarına toxunur. Buna görə su balansına təsir edən amillərin araşdırılması və elmi nəticələrin paylaşılması regional əməkdaşlığın vacib istiqaməti olmalıdır.

Prezident İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxışında Xəzərin səviyyəsinin azalmasının yalnız iqlim dəyişmələri ilə bağlı olmadığını bildirib. Dövlətimizin başçısının sözlərinə görə, əsas səbəblərdən biri çayın axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir.

Bu mövqe problemin araşdırılmasında çay axınlarının və insan fəaliyyətinin təsirinin ayrıca qiymətləndirilməsinin əhəmiyyətini göstərir.

30 min hektar quru ərazi: Dayazlaşmanın Azərbaycanda görünən nəticəsi

Xəzər dənizinin səviyyəsinin enməsi sahilyanı ərazilərdə artıq nəzərəçarpan dəyişikliklərə səbəb olur. Xəzərin Azərbaycan sektorunda suyun geri çəkilməsi nəticəsində təxminən 30 min hektar quru ərazinin yaranması problemin ölkəmiz üçün də aktual olduğunu göstərir.

Dənizin səviyyəsindəki dəyişikliklər sahil xəttinə, sahilyanı ekosistemlərə, limanların və digər infrastruktur obyektlərinin fəaliyyətinə, eləcə də iqtisadi fəaliyyət sahələrinə təsir göstərir. Həmin prosesin davam etməsi təbii mühitin qorunması ilə yanaşı, sahilyanı ərazilərin planlaşdırılması və infrastrukturun gələcək dəyişikliklərə uyğunlaşdırılması məsələlərini də gündəmə gətirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dənizin səthinin ümumi sahəsinin 20 min kvadratkilometrdən çox azalması problemin miqyasını göstərir. Mövcud tendensiyanın davam etməsi ciddi ekoloji və sosial-iqtisadi fəsadlar yarada bilər.

Buna görə də Xəzərin səviyyəsindəki dəyişikliklərin yalnız hazırkı nəticələrini deyil, gələcəkdə sahilyanı ərazilərə, təbii ekosistemlərə və iqtisadi infrastruktura göstərə biləcəyi təsirləri də əvvəlcədən qiymətləndirmək vacibdir. Uzunmüddətli proqnozlar əsasında hazırlanacaq tədbirlər risklərin azaldılmasına və mümkün nəticələrə vaxtında hazırlaşmağa imkan verə bilər.

Azərbaycanın təşəbbüsləri: Müzakirələrdən fəaliyyətə

Azərbaycan Xəzər dənizinin qorunması və səviyyəsinin azalması probleminin araşdırılması məsələsini mütəmadi olaraq beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi gündəmə gətirir.

Prezident İlham Əliyev hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində dənizin dayazlaşmasının səbəblərini müəyyənləşdirmək və səviyyənin daha da azalmasının qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qruplarının yaradılmasını təklif etmişdi. Sonrakı illərdə müşahidə olunan dəyişikliklər bu təşəbbüsün aktuallığını bir daha təsdiqləyib. Xəzərin səviyyəsinin azalması kimi mürəkkəb problemin həlli üçün Xəzəryanı dövlətlərin səylərinin əlaqələndirilməsi, ortaq elmi yanaşmaların hazırlanması və müntəzəm məlumat mübadiləsinin təmin olunması zəruridir.

Prezident İlham Əliyev Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxışında problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi fəaliyyət göstərən mexanizmin yaradılmasına keçməyin vacibliyini vurğulayıb. Belə bir mexanizm Xəzərin səviyyəsinin dəyişməsinə təsir edən amillərin birgə araşdırılmasına, elmi məlumatların müqayisəsinə, mümkün ssenarilərin qiymətləndirilməsinə və razılaşdırılmış tədbirlərin icrasına nəzarətə şərait yarada bilər. Azərbaycanın irəli sürdüyü təşəbbüslərin əsas əhəmiyyəti də problemin müzakirə səviyyəsində qalmasının qarşısını almaq və əməkdaşlığı konkret nəticələrə yönəltməkdir.

Qeyd edək ki, artıq Qazaxıstan Xəzər dənizinin dayazlaşması ilə bağlı baş nazirlərin müavinləri səviyyəsində Hökumətlərarası Komissiyanın yaradılması barədə Azərbaycanın təklifini dəstəkləyir. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər Ekoloji Sammitində bildirib.Dövlət başçısı, həmçinin Xəzəryanı dövlətlərin Qazaxıstanın Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə Dövlətlərarası Proqramın hazırlanması təklifini təsdiqlədiklərini bildirib. Tokayevin sözlərinə görə, görülən tədbirlər hələ də kifayət deyil. Buna görə də Xəzərin dayazlaşmasının nəticələrinin yumşaldılması, iqtisadiyyatların və ekosistemlərin baş verən dəyişikliklərə uyğunlaşdırılması üçün razılaşdırılmış fəaliyyətə keçmək lazımdır.

Hüquqi baza və Xəzəryanı dövlətlərin ortaq məsuliyyəti

Xəzər dənizinin qorunması yalnız ekoloji məsələ deyil, həm də Xəzəryanı dövlətlərin qarşılıqlı əməkdaşlığını tələb edən regional çağırışdır. Dənizin strateji və iqtisadi əhəmiyyəti getdikcə artır, onun üzərindən nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir. Buna görə də Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması bütün sahilyanı ölkələrin maraqlarına uyğundur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ötən illər ərzində Xəzəryanı ölkələr tərəfindən geniş müqavilə-hüquqi baza yaradılıb. Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır. 2018-ci ildə imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya tarixi əhəmiyyətə malikdir. Bu, Xəzəryanı beş dövlətin uzun illər apardıqları birgə işin nəticəsidir. Bununla yanaşı, dənizin səviyyəsinin azalması kimi yeni və mürəkkəb problemlər mövcud hüquqi çərçivənin praktiki əməkdaşlıq mexanizmləri ilə tamamlanmasını zəruri edir.

Problemin həlli üçün ilk növbədə dənizin səviyyəsinə təsir edən bütün amillər müəyyənləşdirilməli, onların hər birinin rolu elmi əsaslarla qiymətləndirilməlidir. Eyni zamanda, gələcək dəyişikliklərin mümkün nəticələri araşdırılmalı və həmin proqnozlar hazırda qəbul edilən qərarlarda nəzərə alınmalıdır. Çay axınlarının, iqlim göstəricilərinin və antropogen təsirlərin sistemli monitorinqi Xəzərin su balansında baş verən dəyişiklikləri daha dolğun anlamağa kömək edə bilər.

Xəzər dənizinin qorunması üçün möhkəm beynəlxalq hüquqi və institusional baza formalaşdırılmalıdır. Xəzəryanı dövlətlərin birgə fəaliyyəti, su ehtiyatlarından səmərəli istifadə və antropogen təsirlərin azaldılması istiqamətində konkret öhdəliklər və işlək əməkdaşlıq mexanizmləri müəyyən edilməlidir. Həmin mexanizmlər dənizin səviyyəsindəki dəyişikliklərin müntəzəm monitorinqini, onların səbəblərinin elmi əsaslarla araşdırılmasını və qəbul olunan qərarların icrasına nəzarəti əhatə etməlidir. Azərbaycanın irəli sürdüyü təşəbbüslərin də əsas məqsədi müzakirələrdən konkret nəticələrə keçmək, Xəzərin ekosisteminin qorunması naminə Xəzəryanı ölkələrin səylərini əlaqələndirməkdir. Xəzər dənizinin qorunması ayrı-ayrı ölkələrin deyil, bütün regionun ortaq məsuliyyətidir.

Prezident İlham Əliyevin Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasındakı çıxışının sonunda dediyi kimi: “Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq. Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir. Ümidvaram ki, bugünkü sammit bu yolda mühüm addım olacaq”.

Müxbir – Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Azərbaycan Hava Yollarının Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırılıb

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya