ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
Vaşinqton, 9 oktyabr, AZƏRTAC
ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb. O bildirib ki, məhkəmə ilə maliyyə və kommersiya əməliyyatları qadağan ediləcək, qurumun resursları və fəaliyyət imkanları məhdudlaşdırılacaq.
Rubio deyib ki, Vaşinqton ICC və Roma Statutuna üzv dövlətlərə ABŞ-nin narahatlıqlarını aradan qaldırmaq üçün danışıqlar imkanı verir. O, nəticə əldə olunmayacağı təqdirdə tədbirlərin daha da sərtləşdirilə biləcəyini vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]