Azərbaycan Dövlət İnformasiya Agentliyi

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycanın müstəqil xarici siyasəti milli maraqların qorunması, çoxvektorlu tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, müttəfiqlik əlaqələrinin genişləndirilməsi və beynəlxalq münasibətlərdə balanslaşdırılmış yanaşmanın təmin olunması prinsiplərinə əsaslanır. Məhz bu strateji yanaşma ölkəmizə müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, regional və qlobal proseslərdə fəal iştirak etmək, eyni zamanda, beynəlxalq münasibətlər sistemində mövqeyini davamlı şəkildə gücləndirmək imkanı verir. Bu gün Azərbaycan yalnız regional proseslərin iştirakçısı deyil, həm də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən, mühüm təşəbbüslərlə çıxış edən və geniş coğrafiyanı əhatə edən strateji layihələrin reallaşdırılmasında fəal rol oynayan dövlətdir. Nəqliyyat-kommunikasiya dəhlizləri, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional bağlantıların inkişafı istiqamətində həyata keçirilən layihələr ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. Eyni zamanda, müxtəlif beynəlxalq platformalarda irəli sürülən təşəbbüslər Azərbaycanın dialoq, əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin təşviqində rolunu möhkəmləndirir.

Bütün bu amillər Azərbaycanın regional və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və mühüm strateji aktor kimi mövqeyini gücləndirir. Ölkəmizin artan siyasi, iqtisadi və diplomatik nüfuzu qlobal gündəlikdə aktual məsələlərin müzakirəsi və həlli prosesində onun mövqeyinin nəzərə alınmasını daha da əhəmiyyətli edir. Bununla da Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasəti yalnız milli maraqların təmin olunmasına deyil, həm də regional sabitliyin, beynəlxalq əməkdaşlığın və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına xidmət edən mühüm strateji amilə çevrilir.

Beynəlxalq təşkilatlarda sədrlik və mühüm tədbirlərə ev sahibliyi

Prezident İlham Əliyevin uzaqgörən, strateji məntiqə əsaslanan uğurlu xarici siyasətinin təzahürlərini Azərbaycanın qarşıdakı illərdə beynəlxalq təşkilatlarda öz üzərinə götürəcəyi liderlik missiyalarında görmək olur. Bu təcrübə perspektiv üçün əhəmiyyətli olmaqla qlobal və regional etimadın göstəricisi kimi qiymətləndirilə bilər. Çünki yaxın illər üçün elan ediləcək sədrliklər, həmçinin beynəlxalq tədbirlərə ev sahibliyi missiyası Azərbaycanın qlobal diplomatiyada artan çəkisinin və etibarlı tərəfdaş imicinin bariz sübutu kimi diqqət mərkəzinə düşür.

Beləliklə, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və MDB çərçivəsində sədrlik funksiyalarını həyata keçirən ölkə olacaq.

Bundan başqa, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycana keçəcək və qurumun Zirvə görüşü ölkəmizdə keçiriləcək. Eyni zamanda, 2028-ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi etməsi planlaşdırılır.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri üzrə ölkəmizin mövqeyi və rolu daha da güclənəcək:

-Xəzər hövzəsi ilə Mərkəzi Asiyanın geosiyasi və iqtisadi baxımdan inteqrasiyasında Azərbaycan həlledici rol oynayır;

-Türk dünyasının birliyinin möhkəmləndirilməsi, iqtisadi, nəqliyyat və humanitar əlaqələrin dərinləşməsində ölkəmiz lokomotivdir;

-Asiya qitəsində təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu platformada Azərbaycanın fəal iştirakı onun qlobal təsir imkanlarını böyüdür;

-Azərbaycan MDB məkanında inteqrasiya və əməkdaşlıq proseslərinə töhfə verən geosiyasi aktor mandatını inkişaf etdirəcək;

-İslam dünyası içərisində Azərbaycanın həmrəylik üçün irəli sürdüyü ideyalar dəstək qazanacaq;

-Avropa Siyasi Birliyinə ev sahibliyi Asiya və Avropa məkanını Bakının gündəliyinə kökləyəcək.

MDB-də ilk

Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsi dövlətimizin MDB-yə sədrliyini öz üzərinə götürməsinə mane olan əsas amillərdən biri idi. Bu gün reallıqlar dəyişib və Bakı postmüharibə gerçəkliklərindəki xarici siyasətində yeni məcra açır.

Bu mənada Azərbaycanın MDB-yə sədrlik etməyə hazırlaşması tarixi əhəmiyyət daşıyır. 2027-ci ildə sədrlik Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək. Bununla da Türkmənistan, Özbəkistan və Azərbaycan qurumun sədrlik troykasını formalaşdırır. Azərbaycanın MDB-yə sədrliyi Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlara əsaslanacaq. Bu, Azərbaycanın yeni paradiqmalarının MDB daxilində öz mühüm təsirlərini göstərməsi ilə nəticələnəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı ölkəmizin xarici siyasət strategiyası, regional liderliyi və MDB məkanındakı gələcək planları baxımından bir sıra mühüm mesajlarla zəngindir.

Dövlətimizin başçısı iclasdakı nitqində MDB-nin ötən illər ərzində dövlətlərarası siyasi dialoqun təmin edilməsi və əməkdaşlığın inkişafı üçün zəruri platforma kimi özünü təsdiqlədiyini vurğulayıb. Bu, Azərbaycanın regional təşkilatlarla qarşılıqlı fəaliyyətə konstruktiv yanaşdığını və praqmatizmə sadiqliyini bir daha nümayiş etdirir. Prezidentin MDB-nin mədəniyyət paytaxtı Laçındakı tədbirləri vurğulaması postmünaqişə reallıqlarının və quruculuq işlərinin beynəlxalq müstəvidə təbliği baxımından strateji əhəmiyyət daşıyır.

Nəqliyyat və logistika sahəsində əlverişli mövqe

Prezident İlham Əliyev iclasdakı çıxışında Azərbaycanın qlobal logistika və nəqliyyat xəritəsindəki mövqeyinə də diqqət çəkib. O deyib:

“Əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub. Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir.

2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb marşrutu və Şimal-Cənub marşrutu üzrə Azərbaycandan keçən yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır”.

Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın qlobal nəqliyyat və logistika xəritəsindəki strateji rolunu, iqtisadi potensialını və MDB məkanının inkişafına verdiyi real töhfələri nümayiş etdirir. Ölkəmizin əlverişli coğrafi mövqeyindən maksimum yararlanaraq müasir nəqliyyat-logistika infrastrukturunu praktiki olaraq sıfırdan qurması güclü geoiqtisadi platforma yaradır. Bu müstəvi bütün Avrasiya məkanı üçün mühüm əhəmiyyət daşıyır. 2026-cı ilin birinci yarısında tranzit daşımalarının həcminin 10 faiz artaraq təxminən 8 milyon tona çatması və hər iki əsas istiqamət üzrə (Şərq-Qərb və Şimal-Cənub) hədəfin 15 milyon tona yüksəldilməsi Azərbaycanın iqtisadi maraqlarının real təməllərə söykəndiyini təsdiqləyir.

Azərbaycanın təmin etdiyi təhlükəsiz və etibarlı tranzit imkanları, xüsusilə Mərkəzi Asiya ölkələri də daxil olmaqla, MDB üzvü olan dənizə çıxışı olmayan dövlətlərin qlobal bazarlara çıxışını asanlaşdıran strateji nəqliyyat-logistika xətti kimi mühüm əhəmiyyət daşıyır.

Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan MDB məkanındakı tərəfdaşlarını bir-birinə bağlayan körpü rolunu oynayır. Bu da üzv dövlətlər arasındakı ticarət dövriyyəsinin artmasına birbaşa təsir göstərir.

Göründüyü kimi, ölkəmiz ikitərəfli və çoxtərəfli münasibətlərdə inteqrasiya proseslərinə böyük töhfə verir. Azərbaycan MDB çərçivəsində də inteqrasiya və gələcək idarəçilik proseslərində fəal, məsuliyyətli və təşəbbüskar aktor olduğunu bir daha təsdiqləyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Kamilə Dadaş-zadə: Festival aşıq sənətinin ənənələrinin yaşadılmasına xidmət edir

® “Rabitəbank” Xankəndidə sahibkarlarla görüş keçirib

UNICEF Ukrayna və Myanmada uşaqların təhsili və təhlükəsizliyinə artan təhdidlər barədə xəbərdarlıq edir

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı