Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
Qahirə, 9 oktyabr, AZƏRTAC
Efiopiya Eritreyadan silahlı qüvvələrini ölkə ərazisindən geri çəkməsini tələb edib.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bununla bağlı Efiopiya BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.
Diplomatik mənbələrin məlumatına görə, məktubda Eritreya qoşunlarının sərhədi keçməsi işğal və Efiopiyanın suverenliyinin pozulması kimi qiymətləndirilib. Həmçinin qeyd olunub ki, Əddis-Əbəbənin özünümüdafiədən başqa seçimi yoxdur.
Eritreya isə Efiopiyanın bu iddialarını tamamilə təkzib edib. Eritreyanın informasiya naziri Yemane Qebremeskel Eritreya qoşunlarının Adiqrat şəhərində olması barədə məlumatları rədd edərək, bunları Efiopiyanın Eritreyaya qarşı müharibəyə başlamağa haqq qazandırmaq cəhdinin bir hissəsi kimi qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:29]