Azərbaycan Dövlət İnformasiya Agentliyi

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

“Psixi sağlamlıq problemi yaşayan insanları damğalamaq deyil, dəstəkləmək lazımdır”

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva 10 Oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günü ilə əlaqədar AZƏRTAC-a eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik.

- Səbinə xanım, psixi sağlamlıq hüququ nədir və onun insan hüquqları sistemində əhəmiyyəti nədən ibarətdir?

- Müasir yanaşmaya əsasən, psixi sağlamlıq hüququ dedikdə, hər kəsin psixi sağlamlığının qorunması, psixi sağlamlıq xidmətlərindən bərabər və ayrı-seçkilik olmadan istifadə etməsi, həmin xidmətlərin keyfiyyətli, əlçatan və təhlükəsiz olması, eyni zamanda, insan ləyaqətinin, şəxsi həyatın toxunulmazlığının, məxfiliyin təmin edilməsi başa düşülür.

Psixi sağlamlıq hüququnun mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, yalnız psixi sağlamlıq problemi və ya əlilliyi olan şəxslərə aid deyil. Psixi sağlamlığın qorunması bütün insanların hüququnun təmini deməkdir. İnsan həyatının müxtəlif mərhələlərində stres, təşviş, depressiya, travmatik hadisələr, itki, sosial və iqtisadi çətinliklər və digər amillərlə əlaqədar psixoloji çətinliklərlə üzləşə bilər. Bu baxımdan psixi sağlamlıq hüququnun yalnız əlilliyi olan şəxslərə aid edilməsi məqbul hesab edilmir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sənədlərində psixi sağlamlıq hüququ universal insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi təsbit olunub. Müasir dövrdə psixi sağlamlıq bütün dünyada əhəmiyyətli ictimai sağlamlıq çağırışlarından biri kimi qiymətləndirilir. ÜST-nin məlumatına görə, dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir, hər il 3 milyona yaxın insan alkoqoldan sui-istifadə nəticəsində həyatını itirir, 700 minə yaxın şəxs isə intihar edir. Xüsusilə, pandemiya illərində bu göstəricilərin daha da artması psixi sağlamlıq sahəsində qlobal tədbirlərin və milli strategiyaların gücləndirilməsini zəruri edib.

Psixi sağlamlıq vəziyyəti insanın hüquq və azadlıqlarının həcmini azaltmamalıdır. Psixi sağlamlıq problemi olan şəxs də digər şəxslərlə bərabər şəkildə insan ləyaqətinə, şəxsi və ailə həyatına hörmət hüququna, sağlamlıq hüququna, məlumat almaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, sosial və ictimai həyatda iştirak etmək hüquqlarına malikdir. Bu baxımdan fundamental prinsip ondan ibarətdir ki, psixi sağlamlıq vəziyyəti insanın hüquqi statusunu və insan ləyaqətini müəyyən etmir.

Xüsusilə psixi sağlamlıq xidmətlərindən istifadə edən şəxslərin hüquqlarının qorunmasına həssas yanaşılmalıdır. Belə ki, bu şəxslər bəzən qərarvermə imkanlarının məhdudlaşdırılması, məcburi hospitalizasiya, məcburi müalicə, təcrid, fiziki məhdudlaşdırma, məxfiliyin pozulması, stiqmatizasiya və ayrı-seçkilik kimi insan hüquqları baxımından müəyyən risklərlə üzləşə bilirlər.

Müasir beynəlxalq yanaşma da məhz bu istiqamətdə inkişaf edir. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı psixi sağlamlıq sistemlərinin insan hüquqları əsaslı modelə uyğunlaşdırılmasını, xidmətlərin insan ləyaqətinə hörmət prinsipi əsasında təşkil edilməsini, icmaəsaslı xidmətlərin inkişaf etdirilməsini və məcburetmə hallarının mümkün qədər azaldılmasını tövsiyə edir. Beləliklə, psixi sağlamlıq hüququnu yalnız “müalicə almaq hüququ” kimi qiymətləndirmək düzgün olmaz. Burada söhbət daha geniş hüquqlar kompleksindən gedir. Bura sağlamlıq hüququ, ləyaqət, bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi, şəxsi həyatın toxunulmazlığı, məlumatlı razılıq, məxfilik, azadlıq, təhlükəsizlik, hüquqi müdafiə və cəmiyyət həyatında iştirak hüquqları daxildir.

- Psixi sağlamlıq məsələləri ilə bağlı ombudsmanın səlahiyyət və fəaliyyət istiqamətləri nədən ibarətdir?

- Milli insan hüquqları təsisatı və məhkəmədənkənar müdafiə mexanizmi olaraq ombudsman institutları müvafiq hüquqların qorunmasında xüsusi rola malikdir. Azərbaycan ombudsmanının da bu sahədə qanunvericiliklə müəyyən edilmiş kifayət qədər geniş səlahiyyətləri var.

“Psixiatriya yardımı haqqında” Qanunun 42-ci maddəsinə əsasən, psixiatriya yardımı göstərilən şəxslərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına nəzarət edən qurum qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilib.

Eyni zamanda, ombudsman Milli Preventiv, həmçinin Müstəqil Monitorinq mexanizmləri qismində fəaliyyət göstərməklə, istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən psixiatriya, narkoloji yardım, təhsil və sosial xidmət göstərilən müəssisələrə başçəkmələr keçirmək hüququna malikdir.

2024-cü ildə ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup formalaşdırılıb. İşçi Qrupa müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixi sağlamlıq üzrə təcrübəli ekspertlər, Ombudsman Aparatının əməkdaşları daxildir. İşçi Qrupun yaradılmasında məqsəd beynəlxalq təcrübədən, ən son yanaşmalardan yararlanaraq cəmiyyətin həssas qruplarının müdafiəsi istiqamətində yeni standartların qəbul olunması, qanunvericiliyin təkmilləşdirilməsi, psixiatriya yardımı göstərilən müəssisələrdə xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflərin irəli sürülməsi və maarifləndirici təlim proqramlarının hazırlanması vasitəsilə həm hüquqi, həm də praktiki baxımdan inklüziv cəmiyyətin qurulmasına töhfə verməkdir.

- Bu sahədə mövcud olan əsas problemlər hansılardır və Azərbaycan ombudsmanı onların həlli istiqamətində hansı işləri həyata keçirir?

- Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup tərəfindən mövcud sahədə vəziyyətin qiymətləndirilməsi məqsədilə təhlillər aparılıb, psixi pozuntuları olan şəxslərə münasibət, stiqmatizasiya, ayrı-seçkilik halları ilə bağlı vəziyyətin öyrənilməsi məqsədilə, gender balansı nəzərə alınmaqla müxtəlif yaş kateqoriyasından olan şəxslər arasında ictimai rəy sorğusu və sosial şəbəkələrin monitorinqi həyata keçirilib.

Aparılmış sorğunun nəticələri göstərir ki, ixtisaslı psixoloji və psixiatriya yardımı üçün müraciət etmək hələ də cəmiyyətdə sual doğuran və tərəddüd edilən bir hal hesab olunur. Belə ki, sorğuda iştirak edənlər bu sahə üzrə mütəxəssislərə müraciət etməyi bir sıra hallarda “arzuedilməz” hal kimi nəzərdən keçirdiklərini etiraf edərək ailə üzvləri, həmkarları, qonşuları tərəfindən qınanmaqdan, onlara “dəli”, “ruhi xəstə” kimi damğa vurulacağından ehtiyat etdiklərini, nəticə etibarilə bunun onların şəxsi həyatı və karyeralarına mənfi təsirindən qorxduqlarını bildiriblər. Sorğu iştirakçılarının bir qismi psixi pozuntuları olan şəxslərin, psixiatriya yardımından istifadə edənlərin “təhlükəli şəxs”, “etibar olunmayacaq şəxs” olduqları barədə rəy bildiriblər. Keçirilmiş sorğunun nəticələri psixi sağlamlıq anlayışı və bu sahədə peşəkar yardım almaqla bağlı cəmiyyətdə bir sıra stereotiplərin olduğunu, stiqmatizasiya meyillərinin müşahidə edildiyini deməyə əsas verir.

Tərəfimizdən rəy sorğusu ilə yanaşı, daha çox istifadə edilən sosial şəbəkələrin monitorinqi də həyata keçirilib. Məlum olduğu kimi, müasir dövrdə informasiya, ünsiyyət, xidmətlərin təşkili və təklifi sahəsində sosial şəbəkələr əhəmiyyətli rol oynayır. Sosial şəbəkələrdə özünü psixoloq, parapsixoloq, mental psixoloq, şəxsi inkişaf və uğur mütəxəssisi, mental sağlamlıq eksperti, şüuraltı terapevt, neyrolinqvist, ruh terapisti, hipnoz mütəxəssisi, geştalt terapiya uzmanı kimi adlarla təqdim edən çoxsaylı şəxslərin psixoloji xidmət, bəzi hallarda isə psixiatriya yardımı elementlərini özündə əks etdirən fəaliyyətlə məşğul olduqları və müvafiq xidmətlər təklif etdikləri, bu şəxslərin bir qisminin zəruri təhsilə malik olmaları barədə verilən sualı cavablandırmaqdan yayındıqları müşahidə edilib. Həmin şəxslərə müraciət edən və psixi sağlamlıq sahəsində tövsiyə, məsləhət istəyən insanların bir sıra hallarda psixiatr əvəzinə nevroloqlara yönləndirildiyi, “psixoloq”, “klinik psixoloq”, “psixoterapevt”, “psixiatr” kimi anlayışları fərqləndirə bilmədikləri müəyyən edilib. Sosial şəbəkələrdə müvafiq qrup və səhifələrdə aparılan müzakirələrin təhlili göstərir ki, peşəkar psixiatriya yardımı və müalicə prosesi ilə bağlı stereotiplər xüsusilə aktualdır. Psixi pozuntuların müalicəsi məqsədilə təyin olunan müvafiq dərman preparatlarının normal həyat tərzinə, əmək fəaliyyətinə, həmçinin təhsil almaq imkanlarına neqativ təsiri barədə elmi əsası olmayan fikirlər də sosial şəbəkələrdə geniş yayılıb. Bu baxımdan, sosial şəbəkələrin monitorinqi onu deməyə əsas verir ki, psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə müvafiq seans və məsləhət xidmətlərinin göstərilməsinin qarşısının alınması üzrə mexanizmlərin işlənib hazırlanması zəruridir.

2024-cü ildə ilk dəfə olaraq tərəfimizdən müxtəlif asılılıqlar - narkomaniya, alkoqolizm, ludomaniya ilə bağlı reabilitasiya xidmətləri təklif edən mərkəzlərin monitorinqi aparılmışdır. Qeyd olunmalıdır ki, bu mərkəzlərin psixi sağlamlığın təmin edilməsi, müvafiq asılılıqlardan əziyyət çəkən şəxslərin normal həyata qayıtması və cəmiyyətə adaptasiyasında əhəmiyyətli rol oynamasına baxmayaraq, bu müəssisələrdə tibbi təhsili olan şəxslərin fəaliyyət göstərməməsi pasiyentlərin sağlamlıq və yaşamaq hüquqlarına birbaşa təhlükə yaradır, nəzarət mexanizmlərinin zəifliyi isə bu təhlükəni daha da artırır. Reabilitasiya xidmətləri göstərən mərkəzlərdə konkret şəxslərə ünvanlanan, fərdi xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunan reabilitasiya proqramlarının seçilməsi, onların effektivliyi, icrası və nəticələrinin qiymətləndirilməsi peşəkar mütəxəssislərdə ciddi suallar doğurmaqdadır. Bir sıra mərkəzlərdə reabilitasiyaya cəlb olunan şəxslərin görüntülərinin sosial şəbəkələrdə və mediada paylaşılması halları müşahidə olunub. Bu materialların əsasən reklam məqsədilə ictimaiyyətə təqdim edilməsi, nəticə etibarilə onların şəxsi toxunulmazlıq hüququnun pozulmasına səbəb olub. Belə yanaşma həm də reabilitasiya prosesinin əsas məqsədi olan cəmiyyətə sağlam adaptasiyanı da çətinləşdirə bilər.

Analoji hallar loqoped, defektoloq kimi xidmət göstərən, autizm spektr pozuntusu olan uşaqlarla işləyən çoxsaylı mərkəzlər üçün də xarakterikdir. Bu baxımdan, reabilitasiya xidmətləri göstərən belə mərkəzlərin xüsusi razılıq əsasında fəaliyyət göstərməsi və bu fəaliyyətə müntəzəm nəzarətin təmin edilməsi zəruridir.

Səhiyyə Nazirliyinin tabeliyindəki psixiatriya müəssisələrində sıxlıq müşahidə olunmaqdadır. Narkoloji tibb müəssisələrində müalicə üçün növbə gözləyənlərin sayı da kifayət qədərdir. Bu müəssisələrdə həkim və orta tibb heyəti, habelə narkologiya və klinik psixologiya üzrə kadr çatışmazlığı mövcuddur. Təhlillər nəticəsində bir sıra hallarda müvafiq profilli müəssisələrin əməkdaşlarının fəaliyyət göstərdikləri sahə, habelə bu sahəni tənzimləyən milli qanunvericilik və beynəlxalq standartlar barədə az məlumatlı olduqları müəyyən edilib. Bu baxımdan, İşçi Qrupun fəaliyyəti çərçivəsində həmin müəssisələrdə geniş maarifləndirmə tədbirlər həyata keçirilir.

Ötən il Ümumdünya Psixi Sağlamlıq Günü ərəfəsində keçirilmiş İşçi Qrupun iclasında ombudsman psixi sağlamlıq hüququnun psixi sağlamlıq problemləri olan insanların tibbi yardım almaq, stiqma, stereotiplər və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv cəmiyyətdə yaşamaq imkanlarını əhatə etdiyi qeyd olunub, BMT-nin rəhbər prinsiplərindən yararlanaraq ölkəmizdə psixi sağlamlıq sahəsində hüquqi bazanın və praktik tədbirlərin gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb, bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, ombudsmanın əhalinin psixi sağlamlıq hüququnun qorunması sahəsində həyata keçirdiyi fəaliyyət, psixiatriya müəssisələrinə başçəkmələr və monitorinqlər barədə də məlumat verilib. Tədbirdə cəmiyyətin maarifləndirilməsi, stiqmanın aradan qaldırılması, tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi üzrə işlərin gücləndirilməsi, həmçinin psixi sağlamlığın təmini sahəsində mövcud çətinliklərin həlli istiqamətində təklif və tövsiyələr səsləndirilib.

Eyni zamanda, ombudsmanın 2025-ci il üzrə məruzəsində ilk dəfə olaraq “Psixi sağlamlıq hüququ” adlı bölmə və İşçi Qrupun fəaliyyəti çərçivəsində hazırlanmış təklif və tövsiyələr yer alıb. Ombudsman, TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramının əməkdaşlığı çərçivəsində Psixi Sağlamlıq Forumunun keçirildiyi də qeyd olunmalıdır.

Məlum olduğu kimi, “Azərbaycan Standartlaşdırma İnstitutu” tərəfindən “Psixoloji yardım” standartlaşdırılması üzrə Texniki Komitə təsis edilib. Komitə psixoloji yardım üzrə ümumi tələblərin formalaşdırılması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla aparılan işlərlə bağlı dövlət standartlarının hazırlanmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə yaradılıb. Texniki Komitənin fəaliyyətində Ombudsman Aparatı da təmsil olunur. İnsan hüquqları üzrə müvəkkilin nümayəndəsinin Texniki Komitədə iştirakının psixi sağlamlıq hüququnun universal insan hüququ kimi cəmiyyətə tanıdılmasında, eyni zamanda, psixi pozuntuları olan və ya psixi sağlamlıq sahəsində dəstək almaq istəyən şəxslərin hüquqlarının qorunması işinə müsbət töhfə verəcəyini söyləmək mümkündür.

- Ölkə ombudsmanı olaraq cəmiyyətimizə mesajınız, tövsiyələriniz nə olardı?

- Biz mütəmadi olaraq təhlillər aparır və nəticələrə uyğun tövsiyə və təkliflərimizi dövlət orqanlarına ünvanlayırıq. Amma, təbii ki, cəmiyyətin də bu məsələdə öz üzərinə düşən məsuliyyəti, öhdəlikləri vardır.

Məsələn, təhlillər göstərir ki, ali məktəblərə qəbul prosesi ilə bağlı müvafiq zaman dövrü ərzində abituriyentlər arasında psixoloji təzyiq bəzən müəyyən xoşagəlməz və faciəvi hallara gətirib çıxarır. Qeyd olunanları nəzərə alaraq, qəbul imtahanları günləri ərəfəsində abituriyentlərə, onların valideynlərinə və təhsil işçilərinə tərəfimizdən müraciət də ünvanlanıb. Vurğulanıb ki, imtahanlar həyat yolunun vacib mərhələlərindən biri olsa da, insanın gələcəyini və potensialını müəyyən edən yeganə meyar deyil. Müasir dünyada uğura aparan yolların müxtəlif olduğu və hər bir gəncin qarşısında fərqli imkanların mövcudluğu diqqətə çatdırılıb, həssaslıq nümayiş etdirməsinin vacibliyi qeyd olunub.

Ümumiyyətlə, psixi sağlamlıq haqqında danışmaqdan çəkinməməliyik. Təəssüf ki, cəmiyyətimizdə psixi sağlamlıqla bağlı müəyyən stereotiplər və yanlış təsəvvürlər hələ də mövcuddur. Biz bu yanaşmanı dəyişməliyik. Psixi sağlamlıq problemi insanın şəxsiyyətini, ləyaqətini və cəmiyyətdəki yerini müəyyən etmir. İnsan psixi sağlamlıq problemi yaşaya bilər. Lakin bu, həmin şəxsin daha az hüquqa malik olması anlamına gəlmir. Cəmiyyətin vəzifəsi belə insanları damğalamaq deyil, onların yanında olmaqdır. Bu baxımdan stiqmatizasiya ilə mübarizə psixi sağlamlıq sahəsində insan hüquqlarının qorunmasının mühüm istiqamətlərindən biridir.

Biz xüsusilə medianın, sosial şəbəkələrin və ictimai xadimlərin bu məsələdə məsuliyyətli dil və yanaşmadan istifadə etməsinin vacibliyini vurğulamaq istəyirik. Psixi sağlamlıq problemi olan şəxslərin damğalayıcı ifadələrlə təqdim olunması onların cəmiyyətə inteqrasiyasına mənfi təsir göstərə bilər.

Bütün bu məsələlərdə ailələrin də rolu böyükdür. Psixi sağlamlıq problemi yaşayan şəxsin ailə və yaxınları tərəfindən dəstəklənməsi, onun təcrid edilməməsi, müalicəyə və sosial həyata cəlb olunmasının təşviq edilməsi mühüm əhəmiyyət daşıyır.

Unutmayaq ki, psixi sağlamlıq insan hüququdur. İnsan ləyaqəti isə psixi sağlamlıq vəziyyətindən asılı deyil. Hər bir insan hörmətə, anlayışa, dəstəyə və hüquqlarının qorunmasına layiqdir. Bizim vəzifəmiz isə bu hüquqların təmin olunmasına çalışmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir

®  Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

® Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

“Axios”: Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə seçkilərin nəticələri təsir göstərə bilər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycan nefti 126 dollara satılır VİDEO

Azərbaycan nefti 126 dollara satılır VİDEO

“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır

Azərbaycanlı şagirdlər Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

Tramp: ABŞ İranla münaqişənin həllinə tələsmir

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqlayıb

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır