“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub
Şəki, 10 oktyabr, AZƏRTAC
Şəki şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və süni intellektdən məsuliyyətli istifadənin təşviqi məqsədilə “Rəqəmsallıq və süni intellekt” mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları, IV “Maarifçi” proqramının iştirakçısı Könül Şirinova, müəllimlər və şagirdlər iştirak ediblər.
Könül Şirinova şagirdlərə rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması, süni intellektin imkanları və ondan düzgün istifadə qaydaları barədə məlumat verib.
Təlim interaktiv suallar və praktiki nümunələrlə davam edib.
Tədbirin sonunda Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən bədii proqram təqdim olunub.
Müxbir - Rasim İslamoğlu