Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Cüdo aləmində demək olar ki, hamımız bir-birimizi tanıyırıq. Eyni məkanlarda məşq edirik, hazırlıq proseslərimiz birgə keçir, buna görə də hamı bir-birini yaxşı tanıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında gümüş medal qazanan Azərbaycan təmsilçisi Uşanqi Kokauri (+100 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
İdmançı final görüşü ilə bağlı fikirlərini bölüşərək deyib: “Görüşə gəlincə, deyərdim ki, əsas məsələ dözümlülükdə deyildi. Hazırlıq və dözümlülük baxımından hər şey ən yüksək səviyyədə idi. Sadəcə olaraq, taktiki cəhətdən səhvə yol verdim. Rəqibin titullu və güclü olması isə finalda heç bir rol oynamadı. Titullar mənim üçün heç vaxt təzyiq yaratmır. İdman deyilən bir şeydir: həm qalib gəlmək olar, həm də məğlub olmaq”.