Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

M.V.Lomonosov adına MDU-nun Bakı filialında yeni “Atom və nüvə fizikası” laboratoriyası yaradılıb

Bakı, 11 noyabr, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru akademik Nərgiz Paşayeva noyabrın 10-da MDU-nun Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun Filiala gəlmiş alimləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nüvə fizikası sahəsində aparıcı alimlər - MDU-nun Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun tədris işləri üzrə direktor müavini, MDU-nun fizika fakültəsinin ümumi nüvə fizikası kafedrasının dosenti Yevgeni Şirokov və Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun ümumi və xüsusi praktikum laboratoriyasının müdiri, dosent Vladimir Radçenko Filialda yeni “Atom və nüvə fizikası” laboratoriyasının işinin təşkil edilməsi üçün Bakıya gəliblər.

Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin D.V.Skobeltsın adına Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutu (MDU ETNFİ) MDU-nun ən iri elmi-tədqiqat institutlarından biri, universitetin fizika fakültəsinin tələbə və aspirantlarının nüvə fizikası, atom fizikası və kosmos fizikası istiqamətləri üzrə hazırlanması üçün bazadır. MDU ETNFİ universitetin təhsil prosesinə inteqrasiya olunmuş, Rusiyada və xaricdə tanınmış elm-təhsil mərkəzidir. Bu inteqrasiya MDU-nun fizika fakültəsinin Nüvə Fizikası Bölməsi (NFB) ilə ETNFİ-nin əlaqələri sayəsində həyata keçirilir. MDU ETNFİ və universitetin fizika fakültəsinin Nüvə Fizikası Bölməsi mahiyyət etibarilə vahid elmi-pedaqoji kollektivdir.

1945-ci ilin sonlarında akademiklər İ.Kurçatov və D.Skobeltsın MDU-da sovet atom layihəsi çərçivəsində aparılan işlər üçün nüvə fizikası üzrə mütəxəssislər hazırlanması məqsədilə elmi-tədris mərkəzinin təşkil olunması təşəbbüsü ilə çıxış ediblər. Burada təhsil mərkəzin özünün müasir elmi-tədqiqat bazası əsasında elmi iş ilə əlaqələndirilməli idi.

1946-cı ildə SSRİ Xalq Komissarları Sovetinin xüsusi qərarının icrası məqsədilə Moskva Universitetində Atom Nüvə Fizikası İnstitutu təşkil edildi. 1957-ci ilə qədər həmin institut açıq sənədlərdə “MDU-nun ikinci elmi-tədqiqat fizika institutu” (MDU ETFİ-2) adlanırdı. 1957-ci ildə MDU ETFİ-2-nin adı dəyişdirilərək Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutu adlandırıldı. 1993-cü ildə MDU ETNFİ-yə onun banisi akademik D.Skobeltsının adı verildi.

Hazırda MDU ETNFİ nüvə fizikası tədqiqatları və elmi kadrlar hazırlanması üzrə iri mərkəzdir. Mərkəzin 400-ə yaxın elmi əməkdaşından 98-nin elmlər doktoru, 275-nin elmlər namizədi alimlik dərəcəsi, 46 elmlər doktorunun professor elmi rütbəsi var.

İnstitutun əməkdaşları 90 hökumət təltifinə layiq görülüblər. İnstitutun alimləri tərəfindən qeydiyyata alınmış 12 kəşf edilib, 225 monoqrafiya, 350 dərslik və dərs vəsaiti, 150 elmi-kütləvi və informasiya xarakterli nəşrlər dərc olunub.

ETNFİ-nin və NFB-nin mövcud olduğu illər ərzində onların bazasında 5700-dən çox mütəxəssis hazırlanıb, onlardan 1500-dən çoxu namizədlik, 500-dən çoxu doktorluq dissertasiyaları müdafiə ediblər. NFB-nin məzunları nüvə sipərinin yaradılması, nüvə fizikası, kosmos fizikası, yüksək enerjilər fizikası, atom fizikası, nanofizika, kvant elektronikası sahələrində fundamental tədqiqatların hərtərəfli inkişafına layiqli töhfə veriblər. NFB-nin məzunları arasında Rusiya Elmlər Akademiyasının 21 akademiki və 21 müxbir üzvü var.

Bakı filialı MDU-nun fundamental və təbiət elmləri üzrə fakültələri açılmış ilk filiallarından biri olub. 2016-cı ildən Filialda fizika fakültəsi fəaliyyət göstərir. Bu il fizika fakültəsinə ikinci dəfə qəbul keçirilib. Bu qəbul M.V.Lomonosov adına MDU-nun Bakı filialında bu ixtisasa marağın sürətlə artmasını göstərdi.

Hazırda fakültədə dörd tədris laboratoriyası: “Mexanika”, “Molekulyar fizika və termodinamika”, “Optika” və “Elektrik və maqnetizm” laboratoriyaları uğurla fəaliyyət göstərir.

Fizika fakültəsində sayca beşinci – atom və nüvə fizikası laboratoriyasının yaradılması üzrə işlər cari ilin yanvar ayından başlayıb. “Atom və nüvə fizikası” laboratoriyası üçün bütün avadanlıq artıq Filiala gətirilib və yaxın günlərdə istifadə üçün hazır olacaq. Gələn il isə yeni laboratoriyada praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulur. MDU-nun Bakı filialının fizika fakültəsində yeni laboratoriyaların yaradılması və onların təchizatı üzrə işlər daim davam edir. Məsələn, bu il sayca altıncı – “Radioelektronika” laboratoriyası üçün avadanlıq alınması nəzərdə tutulur.

Görüşdə çıxış edən akademik Nərgiz Paşayeva qeyd edib ki, Filialda fizika fakültəsinin açılması, habelə yeni tədris və elmi laboratoriyaların yaradılması təkcə bu ali məktəbdə deyil, bütün Azərbaycanda fundamental elmlərin inkişafının yeni və çox vacib mərhələsidir. Bu, MDU-nun Bakı filialının Azərbaycanda həm qabaqcıl tədris müəssisəsinə, həm də elmin fundamental istiqamətləri üzrə elmi-tədqiqat mərkəzinə çevrilməsinə imkan verib.

Qeyd edilib ki, M.V.Lomonosov adına MDU-da fəaliyyət göstərən tədris və elm bölmələri eyni bir struktur daxilində birgə tədris fəaliyyətinin və elmi-akademik fəaliyyətin uğurlu nümunəsidir. Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutu (ETNFİ), həmçinin Şternberq adına Dövlət Astronomiya İnstitutu (DAİŞ) MDU-nun fizika fakültəsi ilə bağlı struktur vahidləridir. MDU-nun mexanika-riyaziyyat fakültəsinin tərkib hissəsi olan Mexanika İnstitutunun da adını çəkmək olar. Universitetlərdən ayrılıqda fəaliyyət göstərən fizika üzrə mərkəzlər, bir qayda olaraq, fizika fakültələrinin nəzdində yaradılır. Məsələn, MFTİ (Fizika-Texnika İnstitutu) və MİFİ (Mühəndis-Fizika İnstitutu) MDU-nun fizika fakültəsi tərəfindən yaradılıb.

Görüşdə qeyd edilib ki, dünya tarixində fizika bir fundamental elm kimi, ilk növbədə, məhz universitetlərdə, fizika fakültələrinin kafedralarında inkişaf edib. Görüş iştirakçıları bir məqama diqqəti cəlb ediblər ki, fizikaya ən yaxın və onun üçün zəruri olan elm, əlbəttə, riyaziyyatdır. Eyni sözləri fundamental kimya haqqında da demək olar – bu elm fizikaya kifayət qədər yaxındır. Buna görə də söhbət zamanı qeyd edilib ki, MDU-nun Bakı filialı Rusiya və Azərbaycan alimləri üçün birgə tədqiqatlar mərkəzinə çevrilib. Bu mərkəz fizika, kimya və riyaziyyat sahəsində fundamental elmi istiqamətləri əhatə edir. Vurğulanıb ki, bütün bunlar tələbələrin, magistrantların, aspirantların və gənc alimlərin daha da inkişaf etməsinə və irəliləməsinə şərait yaradacaq. Çünki bu, elmi araşdırmalar və tələbələrin öyrədilməsi prosesini optimal şəkildə əlaqələndirməyə imkan verəcək.

Akademik Nərgiz Paşayeva qeyd edib ki, Bakı filialında həm humanitar, həm də fundamental elmlər sahəsində gənc tədqiqatçıların elmi potensialının artırılmasına xüsusi diqqət yetirilir. Artıq üçüncü ildir ki, MDU-nun rəhbərliyi Filialın məzunlarının Moskva Dövlət Universitetinin əyani aspiranturasında pulsuz təhsil almaları üçün yerlər ayırır və bizim ilk aspirantlar Filialın kimya və riyaziyyat fakültələrinin məzunları olublar. Bakı filialı lap əvvəldən çətin yol seçib – burada hazırda çox populyar olan beynəlxalq hüquq, yurisprudensiya və başqa ixtisaslar və istiqamətlər açmaq əvəzinə humanitar ixtisaslarla yanaşı, dəqiq elmlər üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Rektor vurğulayıb ki, Filialın qarşısında duran digər çətin məsələlərlə bərabər, müxtəlif müasir elmi laboratoriyaların yaradılması və onların bütün zəruri avadanlıqla təchiz edilməsi ilə bağlı işləri də qeyd etmək lazımdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Filial bundan sonra da öz fəaliyyətini məhz bu istiqamətdə davam etdirmək və gələcəkdə yeni ixtisasların, fakültələrin və elmi laboratoriyaların açılması üçün imkanlar tapmaq niyyətindədir, ona görə ki, bu Universitet əsl elm və təhsil xəzinəsidir.

Filialın rektoru Nərgiz Paşayeva deyib: “Moskva Dövlət Universitetinin Bakı filialında fizika fakültəsi ikinci ildir ki, fəaliyyət göstərir. Hesab edirəm ki, bu, elm aləmində böyük hadisədir və fizika fakültəsinin fəaliyyəti özlərini fundamental elmlərə həsr edəcək mütəxəssislər üçün böyük elmi spektr, geniş imkanlar yaradır. Bizim bugünkü qonaqlarımız Moskva Dövlət Universitetinin Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun əməkdaşlarıdır. Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutu çox məşhurdur. Görkəmli alimlər – akademik Kurçatov və akademik Skobeltsın hələ 1945-ci ildə bu nadir institutun yaradılması təşəbbüsü ilə çıxış ediblər. Nüvə fizikası fundamental elmdir, müasir elmi təfəkkürün ən qabaqcıl istiqamətidir. Bu mənada bugünkü tədbir böyük elmi hadisədir. Biz fizika fakültəsində üçüncü kursdan nüvə fizikası üzrə tədrisin proqram hissəsinə başlayırıq. Biz artıq proqramın bu hissəsi başlanana qədər müvafiq tədris laboratoriyalarının yaradılması üzrə böyük iş aparmışıq, çünki tədqiqatlar praktikada öz əksini tapmalıdır. Bu gün biz daha bir çox mühüm fundamental laboratoriyanın – “Atom və nüvə fizikası” laboratoriyasının əsasını qoyduq. Bu gün biz nikbinliklə deyə bilərik ki, fundamental elmlər cəmiyyətdə yenidən öz layiqli yerini tutub. Bizim gənclər, tələbələr böyük maraq və təşəbbüskarlıq göstərirlər, çünki bu böyük və gözəl dünyamızı yalnız elm öyrənir. Elmin gücü sayəsində bəşəriyyət bu dünyanı addım-addım dərk edir. Fizika da bu sahədə möhtəşəm və fundamental elmlərdən biridir”.

Filialın qonaqları - M.V.Lomonosov adına MDU-nun Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun tədris işləri üzrə direktor müavini, dosent Yevgeni Şirokov və Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun ümumi və xüsusi praktikum laboratoriyasının müdiri, dosent Vladimir Radçenko bu görüşə və ətraflı söhbətə görə rektor, akademik Nərgiz Paşayevaya təşəkkürlərini bildirərək qeyd ediblər ki, Filial mövcud olduğu dövrdə M.V.Lomonosov adına MDU ilə birlikdə yüksək ixtisaslı kadrların hazırlanması və fundamental elmi araşdırmaların aparılması sahəsində böyük təcrübə toplayıb. Onlar yeni yaradılan tədris laboratoriyası ilə əlaqədar xüsusi vurğulayıblar ki, hazırda MDU-nun fizika fakültəsində də bu cür eksperimentlər keçirilir, lakin Bakı filialının aldığı avadanlıq daha müasir, daha mükəmməldir.

Bütün bunlar MDU-nun lider mövqeyi tutduğu bütün istiqamətlər üzrə tədqiqatlar spektrinin və elmi kadrlar hazırlığının daha da inkişaf edəcəyinə ümid bəsləməyə əsas verir. Xüsusi qeyd edilib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan və Rusiya alimlərinin fizika, kimya və riyaziyyat sahələrində əməkdaşlığı üçün yaxşı bir məkana çevrilib.

M.V.Lomonosov adına MDU-nun Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun tədris işləri üzrə direktor müavini, dosent Yevgeni Şirokov deyib: “Mən MDU-nun bir neçə filialında olmuşam və qeyd etmək istərdim ki, Bakı filialı mənə ən xoş təsir bağışlayıb. Bu, həqiqətən müasir təhsil mərkəzidir, laboratoriyalar ən yüksək səviyyəli avadanlıqla təchiz olunub, tələbələr ən qabaqcıl metodika üzrə təhsil almaq və gələcəkdə elmi fəaliyyətlə məşğul olmaq imkanına malikdirlər. Bütün bunlar Filialın rektoru akademik Nərgiz Paşayevanın sayəsində mümkün olub. Mənim səfərimin məqsədlərindən biri atom və nüvə fizikası kimi ən müasir istiqamətlə bağlı olan yeni tədris laboratoriyasını istifadəyə verməkdir. Bu laboratoriya müasir elmin yarısı və tələbələr üçün bir növ körpüdür. Hələlik tədris vasitələri əsasında öyrənən bu tələbələr gələcəkdə uğurlu elmi fəaliyyətlə məşğul ola biləcəklər. Mənim fikrimcə, fizika fakültəsinin yüksək səviyyədə təchizatı həm də fənlərarası mövzular üzrə tədris və tədqiqat fəaliyyətinin həyata keçirilməsi üçün çox yaxşı imkan yaradır. Bu gün belə fəaliyyət çox populyardır, yəni, kimya və riyaziyyat sahələri ilə də bağlı olan sintez aparmaq mümkündür. Hesab edirəm ki, məsələyə bu cür yanaşdıqda, ona bu cür münasibət bəslədikdə həm laboratoriya yaratmaq, həm də fundamental elmlər sahəsində məşğələlər üçün kadrlar hazırlamaq olar”.

M.V.Lomonosov adına MDU-nun Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun ümumi və xüsusi praktikum laboratoriyasının müdiri, dosent Vladimir Radçenko deyib: “Biz Bakıya Moskva praktikasını Filialda tətbiq etmək üçün gəlmişik, lakin burada bu işlər tamamilə yeni bazada, ən müasir qurğularda həyata keçirilir. Buna görə də biz təkcə atom və nüvə fizikası laboratoriyasının yaradılmasında öz təcrübəmizi sizə verməklə kifayətlənmək istəmirik, bizdə, MDU-da olmayan, Filialda isə mövcud olan müasir tədris avadanlığı ilə tanış olmaq bizim özümüz üçün də çox maraqlıdır, bizdə tədris şəraiti bir qədər fərqlidir. Burada işləmək bizim üçün çox maraqlıdır. Ümid edirik ki, bu laboratoriya tezliklə işə düşəcək və Bakı filialının tələbələri elmin müasir istiqamətlərini mənimsəyə biləcəklər. Filialın tələbələrinin və gələcək aspirantlarının, elmi əməkdaşlarının MDU-da aparılan elmi tədqiqatlara cəlb edilməsi də bizim üçün çox maraqlı mövzudur. Ona görə ki, Moskva Universitetinin çox böyük beynəlxalq əlaqələri, dünyanın ən iri elmi mərkəzlərində nümayəndəlikləri var və biz ümid edirik ki, Bakı filialında inkişaf etdirilən təhsil forması tələbələri və aspirantları böyük elmə cəlb edə biləcək, MDU ilə birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.

Xatırladaq ki, Filialda tədris prosesi MDU-nun tədris proqramlarına müvafiq surətdə təşkil edilib. Belə ki, tələbələr ilk iki il yarım ərzində “Ümumi fizika” modulu çərçivəsində mexanika, molekulyar fizika və termodinamika, elektrik və maqnetizm, optika, atom fizikası, nüvə fizikası, kvant fizikasına giriş və radiofizikaya giriş bölmələrini öyrənirlər. Bütün bu fənlər öyrənilərkən çoxlu laboratoriya işləri yerinə yetirilir. “Ümumi fizika” modulunun öyrənilməsi müddətində hər tələbə 70 laboratoriya işi yerinə yetirir.

“Nəzəri fizika” fənni ümumi fizikadan sonra öyrənilir. Bu modulun tərkibinə “Nəzəri mexanika”, “Elektrodinamika”, “Kvant nəzəriyyəsi”, “Termodinamika və statistik fizika” fənləri daxildir. Eyni müddətdə tələbələr öz elmi ixtisası çərçivəsində xüsusi praktikum keçir, laboratoriya işləri görürlər. Fiziklərin hazırlanmasında riyaziyyata xüsusi diqqət yetirilir. Bu fənn birinci semestrdən başlayaraq “Riyaziyyat” modulu çərçivəsində öyrənilir. “Riyaziyyat” modulunun tərkibinə “Riyazi analiz” (üç semestr ərzində öyrənilir), “Analitik həndəsə”, “Xətti cəbr”, “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi”, “Diferensial tənliklər”, “İnteqral tənliklər və variasiya hesabı”, “Ehtimal nəzəriyyəsi”, “Riyazi fizika metodları” fənləri daxildir. Fizika üzrə bakalavrların hazırlanmasında proqramlaşdırma və informatika çox mühüm yer tutur. Bu fənlər fiziki proseslərin tədqiqinin sürətlə inkişaf etməkdə olan yeni metodunun – kompüter modelləşdirilməsinin əsasını təşkil edir. Praktiki məşğələlər C, C++, MATHEMATICA və başqa kompüter proqramları üzrə keçirilir, bu məşğələlərin bir qismi isə M.V.Lomonosov adına MDU-nun super hesablama mərkəzlərində yerinə yetiriləcək.

Görüşün sonunda akademik Nərgiz Paşayeva qonaqlara MDU-nun Bakı filialına gəldiklərinə, “Atom və nüvə fizikası” tədris laboratoriyasının hazırlanması üzrə gördükləri işə görə təşəkkürünü bildirib. Qonaqlar da öz növbəsində səmimi qəbul üçün rektor Nərgiz Paşayevaya təşəkkür edib, Filiala yeni uğurlar və tərəqqi arzularını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək