Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Klub” azarkeşlərinin “beşinci kolon”u, yaxud riyakar demokratların ruporları

“Klub” azarkeşlərinin “beşinci kolon”u, yaxud riyakar demokratların ruporları

Bir sıra media orqanları son zamanlar antiazərbaycan kampaniyası aparanların dəyirmanına su tökməyi xatırladan informasiyalar yayırlar. Onlar milli maraqları deyil, kənar qüvvələrin mənafelərini müdafiə edirlər. Konkret olaraq Avropa İttifaqı və Avropa Şurası ilə əlaqəli məsələlərdə yanlış mövqedə durur və bilmədikləri məqamları bildikləri kimi qələmə verməyə cəhd edirlər. Bunun fonunda Azərbaycan rəhbərliyinə, yüksək vəzifə tutan insanlara qarşı haqsız fikirlər yazır, onları olmayan günahlarda ittiham etməyə çalışırlar. Ancaq kiçik araşdırma belə göstərir ki, həmin dairələr böyük yanlışlıq içindədirlər. Tarixi faktları araşdırıb həqiqəti öyrənmək əvəzinə xaricdən verilən paylara görə öz dövlətinin nümayəndələrinə böhtan atırlar. Yalançı demokratların sifarişi ilə hərəkət edən bu qruplar ölkənin imicinə, onun rəhbərliyinə qarşı fəaliyyət göstərirlər. Bu bağlılıqda Azərbaycan Prezidentinin köməkçisi Novruz Məmmədovun Avropa qurumları ilə bağlı ifadə etdiyi haqlı fikirlərin düzgün dərk edilməməsi pis haldır. Aparılan araşdırma kimin haqlı olduğunu gün kimi ortaya qoyur.

“Avropa ideyası” və “Birləşmiş Avropa”: real tarixi kökləri

Şübhə yoxdur ki, Azərbaycana qarşı informasiya müharibəsini davam etdirən dairələr ortaya yeni-yeni maneələr atmaqdadırlar. Onlar müxtəlif üsullardan istifadə edərək ölkə və onun rəhbərliyi haqqında yanlış təsəvvürlər formalaşdırmağa cəhd edirlər. Təəssüf ki, həmin dairələrə Azərbaycanda quyruq bulayanlar da vardır. Onlar bütün dəyərləri bir kənara qoyaraq, ağalarına necə qulluq göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Bu zaman ən adi həqiqətləri belə inkar edir, opponentlərinə böhtan atmaqdan çəkinmirlər. Əslində, bu, gözləniləndir, çünki yalnız yalanla, iftira ilə, ədalətsizlik etməklə Azərbaycanın haqq işinə qarşı çıxış etmək olar. Azacıq vicdanı və Vətən sevgisi olan bir an dayanıb, düşünər və öz dövlətinin əleyhinə olan işlərə qarışmaz.

Məsələ onunla bağlıdır ki, Azərbaycan Prezidentinin köməkçisi Novruz Məmmədov Avropa İttifaqı və Avropa Şurası ilə bağlı obyektiv fikir ifadə etmişdi. Daha aydın olması üçün Novruz Məmmədovun söylədiklərini olduğu kimi veririk: "Nahaq yerə Avropa İttifaqını – "xristian klubu" adlandırmırlar ki! Niyə Avropa Şurası da "xristian klubu" olmasın. İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi "əsas məqsədinə" çata bilər. Belə olmasaydı, ötən illər ərzində, Avropa Şurasına üzv ola-ola Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanla əlaqədar, heç olmasa, bircə dəfə bir yerdə bir söz deyər, mövqe bildirərdi" (bax: Novruz Məmmədov: "İlqar Məmmədov cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər" / APA, 7 dekabr 2017).

Sözlərinə davam edərək, Novruz Məmmədov deyib: "Bu gün radikalizm, terrorizm, separatizm, miqrasiya, kütləvi qırğın silahlarından istifadə nə üçün belə geniş vüsət alıb? Bütün bunların səbəbləri nədir? Dünya birliyi hara istiqamət götürüb? Sabit, təhlükəsiz və davamlı inkişafı təmin edən gələcəyə tam təminat və əminlik varmı? Əminəm ki, dünyanın hər yerində, elə Avropada da mənim fikirlərimi bölüşənlər çoxdur" (bax: əvvəlki mənbəyə).

Açığı, Novruz Məmmədov bir sıra Qərb siyasətçisi, eksperti və analitikinin zaman-zaman ifadə etdiyi tezisləri xatırladıb. Bu məqamda Azərbaycan dövlət xadimi kifayət qədər təvazökar, obyektiv və ədalətli mövqe tutub. Yəni Azərbaycana qarşı Avropa Şurasının qərəzli qərar almasına baxmayaraq, heç bir kəskin fikir ifadə etməyib, eləcə də Avropa İttifaqı haqqında deyilənləri təmkin və məntiqlə xatırladıb. Bunu sübut edən faktlar kifayət qədərdir. Onların bəzilərinə nəzər salaq.

Rusiyalı alim Andrey Baykov yazır ki, tarixi olaraq avropalıların ilk inteqrasiya ideyası “avropaçılıq” olub. Ona "Avropa ideyası" da deyirlər. Bu ideyada Avropa xalqlarının digərləri üzərində mədəni-sivilizasiya üstünlüyü öz əksini tapıb (bax: Байков А.А. Идеологический компонент в эволюции Евросоюза. – Полис. Политические исследования. 2013. № 1. S. 130). Avropaçılıq "Roma dünyası"nın vahid olması, eyni dini məkanda mövcudluğu, ümumi hüquqi və dil məkanında təşəkkül etməsi kimi təsəvvürlərdən qaynaqlanırdı (bax: əvvəlki mənbəyə, s. 130). Orta əsrlərdə "Avropa dünyası" Müqəddəs Roma imperiyası çərçivəsində siyasi konsolidasiya olundu ki, bu da birbaşa dini faktorun başlıca yer tutmasının təsdiqi idi. Dante Aligyeri, Erazm Rotterdamski, Uilyam Penn və başqaları buna "Roma dünyası" kimi baxırdılar. İdeoloji olaraq isə bu hadisə dini sanksiya idi və ona rəhbərliyi Vatikan edirdi (bax: əvvəlki mənbəyə, s. 130).

Demokratiyadan uzaq: "xristian klubu"nun avropaçılıq kursu

Sonra. İkinci Dünya müharibəsindən sonra avropaçılıq Qərbi Avropa xalqlarının mədəni müstəsnalığı təməlində Qərbi Avropa dövlətlərinin ideologiyası və siyasətində dərin kök salmağa başladı (bax: əvvəlki mənbəyə, s. 131). Y.A. Borko, A.V. Zaqorski və S.A. Karaqanov isə sanki bu fikirləri daha da konkretləşdirərək vurğulayırlar: "Xristian, faktiki olaraq isə katolik Avropası "yad inanclılara" qarşı birləşməlidir (seçmə bizimdir – red.) kimi çox adi fikir Avropa sivilizasiyasının unikallığı və bütövlüyünün ideoloji əsaslandırılması məzmunu kəsb etdi. Bunun qorunub saxlanması və inkişaf etdirilməsi isə ümumi dəyərləri paylaşan xalqların birliyini tələb edirdi..." (bax: Борко Ю.А., Загорский A.В., Караганов С.А. Общий европейский дом: что мы о нем думаем? М., 1991. S. 42).

Qulaqları həqiqətə qapalı olan bir sıra dairələrə bir daha xatırlatmaq istərdik ki, bu fikirləri alimlər ifadə edirlər. Onlar ciddi elmi əsaslarla problemin mahiyyətini öyrənilər. Ancaq biz konkret avropalı siyasi liderlərin də fikirlərinə müraciət edə bilərik. Məsələn, Fransanın keçmiş prezidentlərindən olan Valeri Jiskar d'Esten demişdi ki, Türkiyənin Aİ-yə daxil olması "Avropanın sonu" olar, çünki Türkiyə Avropa ölkəsi deyil (bax: Д'Эстен: Турция в ЕС? Это катастрофа / BBC, 8 noyabr 2002). Bu sözləri şərh edən Bi-Bi-Si müxbiri Kris Morris deyib: "...Aİ-nin görkəmli funksionerinin sözləri Ankaraya belə deməyə yeni əsas verir ki, Avropa İttifaqı "xristian klubu" keyfiyyətində özünü saxlamağa cəhd edir" (bax: əvvəlki mənbəyə).

Tədqiqatçıların Avropa İttifaqının yaranmasının real səbəbləri barədə yazdıqlarının analizi göstərir ki, həmin prosesin demokratiya, əməkdaşlıq və mədəniyyətlə heç bir əlaqəsi olmayıb. Tyerri Meysan "Avropa İttifaqının gizli tarixi" yazısında vurğulayır: "...beləliklə, böyük dövlətlərin ehtiyatlarının kollektiv nəzarət altına alınması ilə onlar arasında münaqişədən qaçmaq imkanı meydana gəlir" (bax: Тьерри Мейсан. Тайная история Европейского союза / "Voltairenet.org", 28 iyun 2004). Burada söhbət ABŞ, Böyük Britaniya, Fransa və Almaniya gizli servislərinin Avropanı birləşdirmək üçün qurduğu planlardan gedir. T.Meysan göstərir ki, əsas məqsəd kommunizm fəlakətindən qorunmaq idi. Bunun üçün Avropanın böyük dövlətləri arasında müharibə olmamalı idi. Ona nail olmağın yolu isə həmin dövlətləri vahid təşkilatda birləşdirməkdən ibarətdir.

Bu cür yanaşma iki məqamı özündə ehtiva edir. Birincisi, söhbət yalnız Avropanın xristian dövlətlərindən gedir. İkincisi, demokratiya, sülh, mədəni əməkdaşlıq aparıcı rol oynamır. Başlıca olaraq Avropanı qorumaq üçün özünün birləşmiş təşkilatını yaratmaq nəzərdə tutulur.

Deməli, kimlərsə, Aİ-nin "xristian klubu" olmadığını deyirsə və üstəlik, demokratiya nümunəsi kimi bu təşkilatı göstərirsə, böyük yanlışlıq içindədir. Əlavə olaraq bu yalana uyub öz ölkəsinin rəhbər orqanlarına qarşı qarayaxma kampaniyası aparırsa, dolayısı ilə xəyanət içindədir. İndi özünüz deyin, kimlər "ətirli" fikirlər ifadə edirlər? Avropa İttifaqı və Avropa Şurası barədə tarixi həqiqəti deyən dövlət xadimimi, yoxsa kənardan sifarişlərin mahiyyətinə varmadan yalan informasiyaları cəmiyyətə sırımağa çalışan üzdəniraq "demokratiya və azadlıq aşiqləri" bir sıra KİV nümayəndələrimi? Bizcə, cavab tam aydındır. İkincilər böyük qəflət, yalan və uğursuz bir yoldadırlar. Onlar hələ anlamaq istəmirlər ki, yad düşərgədən gələn sifarişlər, əslində, ayaqlarının altını qazıb dərin quyuya salmaq üçündür.

Avropalı bəzi qərəzli dairələr həm riyakar demokratiya siyasəti yeridir, həm də bunun üçün ikili standartlardan istifadə edirlər. Onlar müxtəlif qondarma, gəlişigözəl ifadələr işlədib, maliyyə xərcləyərək müxtəlif regionlarda dayaz düşünən insanları ələ alır, özlərinin ruporuna çevirirlər. Təcrübə göstərir ki, belə adamlar, ən adi həqiqətləri belə görə bilmirlər. Onları birləşdirən klubun adı da bəllidir – "beşinci kolon"! Yəni təbliğat arabasının "beşinci, mutant təkəri"! Bu statusu olanların cəmiyyətə hansı faydası ola bilər? Heç bir faydası olmaz, ancaq insanların şüurunu zəhərləməklə onları düz yoldan sapdıra bilərlər. Azərbaycan hakimiyyəti belə fəndləri çox yaxşı bilir və əks tədbirləri lazımi səviyyədə görür. Yazıq yoldan sapanlardır. Çünki hər bir halda onlar Azərbaycan vətəndaşlarıdırlar.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başlayıb YENİLƏNƏCƏK

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir