Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
Bakı, 26 aprel, AZƏRTAC
"Seçmə mərhələdə o qədər uğurlu çıxış edə bilməsəm də, son görüşlərdə oyunumu düzəltməyi bacardım".
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi şahmatçılar arasında ilk dəfə Azərbaycan çempionu olan Aydın Süleymanlı mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, finalda məğlub etdiyi Məhəmməd Muradlıya ilk dəfə qalib gəldiyini xatırladıb: "Məhəmməd mənim yaxın dostumdur. Onunla finalda qarşılaşmaq maraqlı idi. Düşünürəm ki, o, həm də mənim əsas rəqiblərimdən biridir".
Birinci yerin sahibi bu nəticədən sonra Azərbaycan millisində çıxış edə biləcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Aydın Süleymanlı finalda Məhəmməd Muradlını 1,5 -0,5 hesabı ilə üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]