REGİONLAR
Həmrəylik gününün qeyd edilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidməti var VİDEO
Xırdalan, 29 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi Abşeron rayonunda böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tədbir iştirakçılarını təbrik edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən danışıb.
Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidməti var. Bu tarixi gün bizə müstəqilliyimizdən ərməğanıdır və bu bayramın mahiyyətində birliyə və həmrəyliyə çağırış var.
Rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edildiyini diqqətə çatdırıb. O, 2017-ci ilin Abşeron üçün də uğurlu olduğunu deyib. Qeyd edib ki, dövlətimizin başçısının təşəbbüsü və tapşırığı ilə Abşeron rayonunda infrastrukturun yenilənməsi, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir sıra layihələr həyata keçirilib, abadlıq işləri görülüb.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup rayon sakininə icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam edib.
Sonda Xırdalan şəhərindəki Heydər Əliyev Parkında böyük atəşfəşanlıq təşkil olunub.