Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 1

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan-Türkiyə: Ortaq Yüzüncü il” Platformasının sədri Elmin Sadıqov tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyinə həsr edildiyini söyləyib. Türkiyə ilə Azərbaycan arasında münasibətlərdən danışan E.Sadıqov ölkələrimizin bir-birinə sarsılmaz tellərlə bağlı olduqlarını deyib. Bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri müasir dünya liderləri Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yüksələn xətlə inkişaf edir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Ulu Öndər Heydər Əliyev istər fərqli siyasi-ideoloji mühitin, o cümlədən sərt qadağaların mövcud olduğu SSRİ dönəmində, istərsə də Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə çoxsaylı təhdid və çağırışlarla üzləşdiyi müstəqillik dövründə Türk dünyasında siyasi həmrəyliyin - milli birliyin təmin olunmasına, türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirib.

Çoxəsrlik tarixi köklərə, milli-mənəvi dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri müasir tariximizdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında Araz çayı üzərində inşa olunaraq əzəli Azərbaycan torpağı - qədim türk yurdu Naxçıvanla Türkiyəni birləşdirən “Ümid” körpüsü ilə yeni məzmun alıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə “bir millət, iki dövlət” olaraq səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi istiqamətində prinsipial siyasət həyata keçirib, nəticə etibarilə iki qardaş ölkənin dostluq və tərəfdaşlıq əlaqələri dünyada nümunəvi xarakter alıb.

YAP sədrinin müavini qeyd edib ki, bu gün yeni reallıqlar fonunda Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Təqdirəlayiq haldır ki, Azərbaycanın ardıcıl təşəbbüsləri ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq daha da möhkəmlənməsinə xidmət edir. Xüsusilə də Azərbaycan ilə Türkiyənin sinxron fəaliyyəti Türk Dövlətləri Təşkilatının qarşıdakı müddətdə geniş təsir imkanlarına malik güc mərkəzinə çevrilməsinə əlverişli şərait yaradır.

“Bu gün iftixarla qeyd edirik ki, Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra hər iki dövlətin liderlərinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri tamamilə yeni bir səviyyəyə qalxıb, 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik zirvəsinə yüksəlib”, - deyə Tahir Budaqov diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır, eyni zamanda, bu əlaqələrin dərin tarixi kökləri var. O, həmçinin deyib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

G.Baxşəliyeva diqqətə çatdırıb ki, ötən 101 il ərzində Türkiyə Cümhuriyyəti böyük inkişaf yolu keçərək iqtisadi-siyasi inkişafa nail olub. Tarixin sınaqlarından üzüağ çıxan Türkiyə gündən-günə inkişaf edərək bölgədə, Avropa məkanında güc mərkəzi kimi tanınır.

Tədbirdə çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatları Anar İsgəndərov, Musa Qasımlı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətinin inkişafı yolundakı misilsiz xidmətləri barədə geniş məlumat veriblər. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi önəm verib. Bu gün Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkələrimiz mühüm uğurlara imza atıb. Çıxışçılar iki ölkə arasında münasibətlərin bundan sonra daha səmərəli, faydalı və məqsədyönlü şəkildə, uğurla davam edəcəyinə əminliklərini ifadə ediblər.

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetinin 3-cü Məzun Forumu İtaliyada keçirilib

Misli Premyer Liqası: “Zirə” “Kəpəz”i darmadağın edib, “Neftçi” “Sumqayıt”a uduzub

Hakan Fidan: Suriyadakı vəziyyətin düzəlməsinə dair Türkiyənin diplomatik səyləri davam edir

İsveçdə azərbaycanlı tələbə və məzunların 4-cü yığıncağı keçirilib

Ərşad Əl-Salihi: Qarabağ Azərbaycanın haqq işinin göstəricisidir

AMEA-nın prezidenti Lənkəran Regional Elmi Mərkəzinin hesabat iclasında iştirak edib

Fuat Oktay: Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq

Nazir: İtaliyanın Suriyadakı səfirliyinə silahlı şəxslər daxil olub

Formula 1: “McLaren” 1998-ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunun qalibi olub

Media: Ukrayna müəyyən ərazilərindən imtina etməyə məcbur ola bilər

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xocalıya səfər ediblər

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə VİDEO

Böyük Britaniyada “Darragh” qasırğası nəticəsində iki nəfər ölüb

Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar VİDEO

Lənkəranda keçirilən VII Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıblar VİDEO

Zelenski Ukraynanın müharibədəki itkilərini açıqlayıb

Azərbaycanın iki güləşçisi Qazaxıstanda qızıl medal qazanıb

“GLOBE”un baş icraçı direktoru: COP çox uğurlu keçdi VİDEO

Azərbaycan Nyu-Dehlidə təşkil edilmiş diplomatik xeyriyyə yarmarkasında təmsil olunub

Hakan Fidan: Türkiyə Suriyanın milli birliyinə, suverenliyinə və ərazi bütövlüyünə böyük önəm verir

“TRT Haber”: Mənbic PKK/YPG terrorçularından təmizlənir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Günəşdə iki böyük partlayış baş verib

İslamabadda Post-COP29 seminarı keçirilib

“Milli Gazete”: Ermənistan və Yunanıstan Türkiyəyə qarşı düşmənçilik kursunu davam etdirir

Filiz Kılıç: Füzulidə ermənilərin dağıtdıqları binaları görüb kədərlənirəm VİDEO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Beynəlxalq Parlament Konfransının iştirakçıları Füzuli şəhəri ilə tanış olublar VİDEO

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cənubi Koreya prokurorluğu Prezident Yun Sok Yolu şübhəli şəxs elan edib

Şahbuz rayonu ərazisində hərbi sursatlar aşkar olunub VİDEO

Beynəlxalq parlament konfransı iştirakçılarının Qarabağa səfəri başlayıb VİDEO

“Fundamental Astronomiya” kitabının təqdimatı olub

Naxçıvanda “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib

Ağdaş rayonunda fərdi yaşayış evində baş verən yanğın söndürülüb VİDEO

Stress sevinc qabiliyyətini necə zəiflədir? – ARAŞDIRMA

İnternetin 50 yaşdan yuxarı kişilərin psixi sağlamlığına müsbət təsiri sübut olunub

Almaniyanın ifrat sağçı partiyasının Kansler vəzifəsinə namizədi müəyyənləşib

Ərdoğan: Türkiyənin gücü Anadoluda əmin-amanlığın təminatıdır

Beynəlxalq Zakura festivalının direktoru: Azərbaycan filminin müsabiqədə iştirakı bizi sevindirir

Qahirədə beynəlxalq “Qurani-Kərim” qiraəti müsabiqəsi keçirilir

Qanla sınıq sümüyü sağaltmağa imkan verən implant hazırlanıb

Müqəddəs Taxt-Tacın kardinallarının sayı artıb

Notr-Dam kilsəsi yanğından beş il sonra yenidən istifadəyə verilib

Musiqi mədəniyyətimizdə parlaq imza – Elmira Səfərova - 90

Türkiyəli ekspert: İrəvan Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması yolunda maneələri aradan qaldırmalıdır

Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb

Lavrov: Rusiya Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına töhfə verəcək

Uels Şahzadəsi Donald Trampla görüşəcək

Superliqa: “Beşiktaş” “Fənərbağça”nı məğlub edib

Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib

La Liqa: “Barselona” səfərdən bir xalla qayıdır

İngiltərə Premyer Liqası: “Mançester Siti” qələbə qazana bilməyib

Azərbaycan Dillər Universitetində “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz” mövzusunda tədbir keçirilib

Ağsaqqallar Şurasının sədr müavini: Anaların fədakar əməyi, düzgün tərbiyəsi sayəsində bugünkü cəmiyyətimiz yetişib

Misli Premyer Liqası: “Qarabağ” xal itirib

Azərbaycan-Pakistan parlamentlərarası dostluq qruplarının fəaliyyətinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələri inkişaf edir

Azərbaycanın İstanbuldakı baş konsulu İstanbul Konsullar Korpusunun yeni dövr sədri seçilib

ADU-nun Konfutsi İnstitutunun kollektivi ilə Biləsuvar Təhsil Kompleksində görüş keçirilib

Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub YENİLƏNİB VİDEO

İdarə rəisi: Daxil olan kiberinsidentləri mütəmadi araşdırırıq

DYP küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Xosep Qvardiola 4 futbolçunun transferə çıxarılmasını istəyib

“Yüksəliş” müsabiqəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb

Ziyafət Əsgərov Azərbaycan və Türkiyənin təhlükəsizlik məsələlərində birgə fəaliyyətinin əhəmiyyətindən danışıb

Ümumdünya Meteorologiya Təşkilatının keçirdiyi fotomüsabiqənin qalibləri müəyyən edilib

Azərbaycan Prezidenti: İndi dünyada bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb

Bakı birinciliyinin qalibi: Çəkilən əziyyətin bəhrəsini görmək çox gözəl duyğudur

Qadın voleybolçuların çempionatında II tura yekun vurulub

Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Sarayevodakı xeyriyyə yarmarkasında iştirak edib

Fuat Oktay: Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır

Misli Premyer Liqası: “Araz-Naxçıvan” liderliyə yüksəlib

Azərbaycan-Türkiyə qardaşlığı bu iki dövlətin qlobal arenada daha fəal mövqe tutmasına imkan yaradıb

Ədliyyə naziri Ağdamda vətəndaşların müraciətini dinləyib

Əli Əhmədov: Beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq ağır böhran içərisindədir

Rusiyalı alim 2027-ci ilə qədər Arktika dənizlərində buzların tamamilə yox olacağını ehtimal edir

Qətərdə 22-ci Doha Forumu başlayıb

Tovuzda partlayış olub, iki nəfər xəsarət alıb VİDEO

Tamblinq və batut gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı keçirilib VİDEO

Kompostdan istifadə zamanı həm orqanik məhsul əldə edilir, həm də torpağın strukturu yaxşılaşır

BƏƏ-də robotların əvəz edəcəyi işçilər təqaüdə vaxtından əvvəl çıxacaqlar

YARAT-da “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub

Naxçıvan şəhərində yeni idman qurğuları istifadəyə verilib

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” Kuboku uğrunda yarış keçirilir

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir

FAO-nun Romadakı mənzil-qərargahında “Azərbaycan otağı” – FOTO VİDEO

NATO 2028-ci ildə yeni kibermüdafiə mərkəzini işə salacaq

Firdovsi Umudov: Avropa Ağırlıqqaldırma Akademiyasının Azərbaycanda qurulması ölkə idmanı üçün böyük təcrübə olacaq

Lənkəranda “Flaminqo festivalı” keçirilib, 200 min balıq körpəsi dənizə buraxılıb VİDEO

® “Azercell” jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edib

Gürcüstan hökuməti qərbdə yerləşən bir neçə qaz xəttinin “SOCAR Gas Georgia”ya satışını təsdiqləyib

AFFA nümayəndəsi “Fənərbağça” – “Atletik” oyununa təyinat alıb

“Trabzonspor” son 17 ilin ən uğursuz startına imza atıb

Marneulidə soydaşlarımıza pulsuz hüquqi yardım göstərilib

İstanbulda növbəti Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçiriləcək

Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib