Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Bakı, 18 oktyabr, AZƏRTAC

Bu il Azərbaycan öz tarixinin taleyüklü hadisələrindən birinin – dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub. Ötən dövrdə Azərbaycan mürəkkəb sınaqlardan keçərək siyasi, iqtisadi və hərbi baxımdan güclənib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirib.

AZƏRTAC xəbər verir ki, XX əsrin sonlarında dünyada baş verən geosiyasi dəyişikliklər, Sovet İttifaqının süqutu və milli azadlıq hərəkatlarının genişlənməsi Azərbaycanın yenidən müstəqillik qazanması üçün tarixi şərait yaradıb. 1991-ci il oktyabrın 8-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası işə başlayıb. Bir neçə gün davam edən müzakirələrdən sonra, oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bununla da Azərbaycan Respublikası özünü 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək müstəqil dövlətçilik ənənələrini yeni tarixi şəraitdə davam etdirmək yoluna qədəm qoyub. Bununla belə, müstəqilliyin əldə edilməsi qarşıda duran çətinliklərin aradan qalxması demək deyildi. Əksinə, yeni dövlətin qarşısında siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyatın dirçəldilməsi, dövlət institutlarının yaradılması və milli təhlükəsizliyin qorunması kimi mürəkkəb vəzifələr dayanırdı. Çünki müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi siyasi böhran, iqtisadi tənəzzül və hərbi təhlükələrlə müşayiət olundu. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edildi, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü. Ölkədə hökm sürən siyasi qarşıdurma, hakimiyyət böhranı və idarəetmədəki ciddi problemlər dövlət müstəqilliyini təhlükə qarşısında qoydu. Gənc dövlətin gələcəyi üçün sabitliyin bərpası, güclü idarəçilik sisteminin formalaşdırılması və cəmiyyətdə milli həmrəyliyin təmin edilməsi həyati əhəmiyyət daşıyırdı.

Belə bir mürəkkəb şəraitdə 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. Ümummilli Lider qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyin yaradılması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və vətəndaş qarşıdurması təhlükəsinin aradan qaldırılması istiqamətində mühüm addımlar atdı. Dövlətçilik prinsiplərinin bərqərar olması, nizami ordunun qurulması, hüquqi dövlət institutlarının inkişaf etdirilməsi və milli maraqların qorunması onun siyasətinin əsas istiqamətlərini təşkil edirdi.

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri yaradıldı. 1994-cü ilin mayında atəşkəsin əldə olunması ölkənin hərbi-siyasi və iqtisadi inkişafına diqqətin artırılması üçün imkanlar açdı. Həmin dövrdə müəyyənləşdirilən strateji inkişaf xətti Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsinə, xarici investisiyaların cəlbinə və milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına şərait yaratdı. Beləliklə, müstəqilliyin qorunması və möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritetinə çevrildi.

Dövlət quruculuğunun mühüm mərhələlərindən biri 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Ümumxalq səsverməsi ilə qəbul edilən Əsas Qanun dövlət quruluşunun hüquqi əsaslarını, insan və vətəndaş hüquq və azadlıqlarını, hakimiyyət qollarının fəaliyyət prinsiplərini müəyyənləşdirdi. Bu sənəd müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu istiqamətində inkişafını təmin edən başlıca amillərdən birinə çevrildi. Eyni zamanda, ölkədə aparılan institusional islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsi və milli inkişaf strategiyasının həyata keçirilməsi üçün zəmin yaratdı.

Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasında enerji strategiyası xüsusi yer tutdu. “Əsrin müqaviləsi”nin 1994-cü il sentyabrın 20-də imzalanması ölkənin gələcək iqtisadi inkişafında yeni səhifə açdı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsini nəzərdə tutan bu saziş dünyanın aparıcı enerji şirkətlərini ölkəmizlə əməkdaşlığa cəlb etdi. Müqavilə Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyini gücləndirməklə yanaşı, ölkəyə uzunmüddətli investisiyaların yönəlməsinə və enerji resurslarının dünya bazarlarına çıxarılmasına imkan yaratdı.

Sonrakı illərdə enerji siyasəti yalnız neft hasilatı və ixracı ilə məhdudlaşmadı. Azərbaycan beynəlxalq enerji dəhlizlərinin yaradılmasında fəal iştirak edərək regional və qlobal enerji təhlükəsizliyinin mühüm tərəfdaşlarından birinə çevrildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Cənub Qaz Dəhlizi və digər strateji layihələr ölkənin tranzit imkanlarını genişləndirdi, iqtisadi əlaqələrini şaxələndirdi. Enerji gəlirlərinin ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsi infrastrukturun yenilənməsi, şəhər və rayonların inkişafı, əhalinin rifahının yaxşılaşdırılması üçün imkanlar yaratdı.

Müstəqilliyin möhkəmləndirilməsində Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı və xarici siyasət əlaqələrinin genişləndirilməsi də mühüm rol oynadı. Azərbaycan 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edildi, 2001-ci ildə isə Avropa Şurasına qoşuldu. Sonrakı dövrdə ölkəmiz müxtəlif beynəlxalq platformalarda fəal iştirak edərək regional əməkdaşlığın inkişafına, sülh və təhlükəsizlik məsələlərinin müzakirəsinə, enerji, nəqliyyat və humanitar əlaqələrin genişləndirilməsinə töhfə verdi. Azərbaycanın müstəqil xarici siyasəti milli maraqların qorunmasına, qarşılıqlı faydalı tərəfdaşlıqların qurulmasına və beynəlxalq nüfuzun artırılmasına yönəldi.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsi, rəqəmsal transformasiya və sosial rifahın yüksəldilməsi istiqamətlərində ardıcıl tədbirlər həyata keçirildi. Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yeni müəssisələr yaradıldı, yollar və digər infrastruktur obyektləri tikildi, əhalinin məşğulluğunun artırılması üçün imkanlar genişləndirildi. Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat potensialı ölkənin Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində beynəlxalq daşımaların mühüm iştirakçısına çevrilməsinə şərait yaratdı.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə yanaşı, milli təhlükəsizliyin təmin olunması və müdafiə qabiliyyətinin artırılması da Azərbaycanın strateji prioritetlərindən biri oldu. Ordunun maddi-texniki bazası gücləndirildi, hərbi qulluqçuların peşəkarlığının artırılması və müasir silah sistemlərinin alınması istiqamətində mühüm addımlar atıldı. Bununla belə, ölkənin qarşısında dayanan ən ağır vəzifələrdən biri Ermənistanın işğalı altında qalmış ərazilərin azad edilməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması idi. Bu strateji hədəf Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi davam etdirildi. Uzun illər ərzində beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, münaqişənin sülh yolu ilə həllinin mümkün olmaması Azərbaycanın təhlükəsizlik məsələlərini daha da aktuallaşdırırdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən müharibədə böyük hərbi uğurlar əldə etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi Qələbənin həlledici məqamlarından biri kimi tarixə düşdü. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başa çatdı. Vətən müharibəsində qazanılan Zəfər xalqın birliyini, ordunun gücünü və dövlətin hərbi-siyasi iradəsini nümayiş etdirdi.

Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesinə başlanıldı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yolların, tunellərin, körpülərin, hava limanlarının, enerji və su təchizatı sistemlərinin inşası həyata keçirildi. Yaşayış məntəqələrinin Baş planları hazırlandı, yeni məktəblər, xəstəxanalar, sosial obyektlər və yaşayış kompleksləri tikildi. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin edilməyə başlandı. Bu proses yalnız dağıdılmış infrastrukturun bərpası deyil, həm də insanların öz doğma torpaqlarında təhlükəsiz, layiqli və davamlı yaşayışının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qarabağda 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Tədbirlərin nəticəsində bölgədəki qanunsuz erməni silahlı birləşmələri tərk-silah edildi və separatçı rejim fəaliyyətinə xitam verdiyini elan etdi. Bununla da Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində təmin olunması istiqamətində tarixi mərhələ başa çatdı. Dövlət Bayrağının ölkəmizin bütün ərazilərində dalğalanması müstəqilliyin və suverenliyin rəmzi olmaqla yanaşı, Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını ifadə etdi.

Azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri Azərbaycanın iqtisadi potensialını, təşkilati imkanlarını və uzunmüddətli inkişaf məqsədlərini nümayiş etdirir. Yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi və ekoloji cəhətdən dayanıqlı inkişaf prinsiplərinin tətbiqi regionun gələcək inkişafına xidmət edir. Qarabağın və Şərqi Zəngəzurun ölkənin sosial-iqtisadi həyatına yenidən inteqrasiyası Azərbaycanın qarşıdakı illər üçün müəyyən etdiyi əsas vəzifələr sırasındadır.

Dövlət müstəqilliyinin 35 illiyi Azərbaycanın keçdiyi tarixi yola nəzər salmaqla yanaşı, əldə olunan nailiyyətləri və qarşıda duran vəzifələri qiymətləndirmək üçün də əhəmiyyətli fürsətdir. Bu dövrdə ölkəmiz müstəqil dövlət institutlarını formalaşdırıb, iqtisadi inkişafını təmin edib, beynəlxalq əlaqələrini genişləndirib və ərazi bütövlüyünü bərpa edərək suverenliyini bütün ərazisində təmin edib. Təbii ki, bu nailiyyətlərin arxasında xalqın zəhməti, milli həmrəyliyi, dövlətçilik ənənələrinə bağlılığı və ölkənin gələcəyinə inamı dayanır.

Otuz beş il əvvəl müstəqilliyini bərpa edən Azərbaycan bu gün öz milli maraqlarına əsaslanan siyasət yürüdən, regional proseslərdə fəal iştirak edən və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirən dövlətdir. Tarixi təcrübə göstərir ki, müstəqilliyin möhkəmliyi yalnız onun hüquqi cəhətdən elan edilməsi ilə deyil, güclü dövlət institutları, iqtisadi müstəqillik, milli birlik, müdafiə qabiliyyəti və xalqın iradəsi ilə təmin olunur. Bu mühüm tarixi daha dəqiq ifadə etmək məqsədilə 2021-ci il oktyabrın 15-də Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanun qəbul edildi. Qanuna əsasən, 28 May “Müstəqillik Günü”, 18 Oktyabr isə “Müstəqilliyin Bərpası Günü” kimi təsbit olundu.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü xalqımızın azadlıq mübarizəsinin, dövlətçilik əzminin və milli iradəsinin təntənəsidir. Bu əlamətdar tarix həm də müstəqil Azərbaycanın gələcək inkişafı, suverenliyinin qorunması və gələcək nəsillərə daha güclü dövlətin miras qoyulması naminə üzərinə düşən məsuliyyəti xatırladır. Ötən illərin təcrübəsi və qazanılan nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi inkişaf yolunu inamla davam etdirməsi üçün mühüm əsas yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq