Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti -  ŞƏRH

Bakı, 17 oktyabr, AZƏRTAC

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın tarixində ən əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan xalqının azadlıq və müstəqillik arzularının gerçəkləşdiyi, milli dövlətçilik ənənələrinin yenidən dirçəldiyi mühüm bir mərhələni təcəssüm etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi: “Həmin Aktla Azərbaycan Respublikası 1918-ci il mayın 28-də yaradılmış və 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının müdaxiləsi nəticəsində süquta uğramış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bəyan etdi. Beləliklə, xalqımızın 70 ildən artıq müddətdə həsrətində olduğu dövlət müstəqilliyinin bərpası hüquqi-siyasi müstəvidə rəsmiləşdirildi. Sonrakı mərhələdə dövlət bayrağı, himni və gerbi ilə bağlı qanunvericilik tədbirləri həyata keçirildi, milli dövlətçilik rəmzlərimiz müstəqil Azərbaycanın atributları kimi təsbit olundu”.

Azər Badamovun sözlərinə görə, müstəqilliyin bərpasına aparan yol heç də asan və maneəsiz olmadı: “Həmin dövrün siyasi mənzərəsinə nəzər saldıqda, xalqın azadlıq iradəsi ilə hakimiyyətin bir sıra nümayəndələrinin tərəddüdləri arasındakı ziddiyyət aydın görünür.

Müstəqillik haqqında Konstitusiya Aktı səsverməyə çıxarılanda Ali Sovetin 360 deputatından 231-i iclasda iştirak edərək sənədin lehinə səs verdi. Bu fakt göstərirdi ki, Azərbaycanın müstəqilliyinin bərpası tarixi zərurətə çevrilsə də, parlamentdə hələ də tərəddüd edən, müstəqillik məsələsində qəti mövqe nümayiş etdirməyən qüvvələr var idi. Tarixi şərait ölkənin taleyini müəyyənləşdirən qətiyyətli qərar tələb etdiyi bir vaxtda belə tərəddüdlər milli dövlətçilik qarşısında ciddi maneə idi. Halbuki 1991-ci ilin avqustunda SSRİ-nin dağılması prosesi dönməz xarakter almışdı. Avqustun 24-də Mixail Qorbaçov Sov.İKP-nin baş katibi vəzifəsindən istefa verdi və partiyanın Mərkəzi Komitəsinin buraxılmasını təklif etdi. Avqustun 23-də Boris Yeltsin RSFSR Kommunist Partiyasının fəaliyyətinin dayandırılması, avqustun 25-də isə Sov.İKP və RSFSR Kommunist Partiyasının əmlakının dövlət mülkiyyətinə keçirilməsi haqqında fərmanlar imzaladı. Bu hadisələr sovet siyasi sisteminin süqutunun sürətləndiyini və müttəfiq respublikaların müstəqillik yolunun açıldığını göstərirdi.

Belə bir şəraitdə Azərbaycanın müstəqilliyinin bərpası məsələsində tərəddüd etmək zamanın tələblərini düzgün qiymətləndirməmək demək idi. Digər respublikalarda müstəqillik istiqamətində qəti addımlar atıldığı halda, Azərbaycanda bu qərarın qəbulunun ləngiməsi ölkənin gələcəyi üçün ciddi risklər yaradırdı. 18 oktyabr səsverməsi də müstəqillik yolunda siyasi iradənin və qətiyyətin nə qədər mühüm olduğunu göstərən tarixi hadisələrdən biri kimi yadda qaldı”.

Deputat qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesində dönüş yaradan mühüm mərhələlərdən biri Naxçıvanda başlandı: “1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan MSSR Ali Məclisinin sessiyası milli dövlətçilik tariximizdə xüsusi yer tutur. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə qərar verildi. Eyni zamanda, Naxçıvan Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın bütün Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldırdı.

Bu qərarlar, sadəcə, rəmzi addımlar deyildi. Onlar sovet ideologiyasından uzaqlaşmağın, milli dövlətçilik ənənələrinə qayıdışın və müstəqilliyə doğru irəliləyişin açıq ifadəsi idi. Naxçıvanda qəbul edilən qərarlar Azərbaycanın gələcək müstəqilliyinin siyasi və mənəvi əsaslarının formalaşmasına mühüm töhfə verdi.

Naxçıvandan gələn təşəbbüsün və cəmiyyətdə güclənən milli iradənin nəticəsi olaraq, 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız yenidən dövlətçilik rəmzimizə çevrildi.

Heydər Əliyev həmin gün Azərbaycan Ali Sovetinin sessiyasında çıxış edərək kommunist hakimiyyətinin süqutunun, SSRİ-nin dağılmasının və respublikalarda başlanan müstəqillik mübarizəsinin qarşısıalınmaz proses olduğunu vurğuladı. O, baş verən hadisələri uzaqgörənliklə təhlil edir, Azərbaycanın gələcəyinin milli müstəqilliklə bağlı olduğunu əsaslandırırdı. Bu mövqe təkcə siyasi qiymətləndirmə deyil, həm də xalqın müstəqil dövlət qurmaq iradəsinə inamın ifadəsi idi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolda Naxçıvanda atılan addımlar mühüm başlanğıc rolunu oynadı. Heydər Əliyev milli dövlətçilik ideyasını konkret siyasi qərarlarla ifadə edərək müstəqilliyə aparan prosesin önündə dayandı. Bakıda isə bu məsələyə münasibətdə tərəddüdlərin qalması, siyasi qətiyyətin və müstəqil qərarvermə iradəsinin yetərincə nümayiş etdirilməməsi ölkənin onsuz da mürəkkəb olan vəziyyətini daha da ağırlaşdırırdı”.

Sonrakı hadisələr barədə danışan Azər Badamov bildirib ki, müstəqilliyi əldə etmək qədər onu qorumaq da böyük siyasi iradə, dövlətçilik təfəkkürü və məsuliyyət tələb edir: “Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi və ölkədə yaranmış siyasi böhran müstəqilliyimizin ilk illərində dövlətçiliyimizi ciddi təhlükələrlə üz-üzə qoydu.

1993-cü ilin iyununda ölkədə yaranmış ağır vəziyyət fonunda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcı oldu. Onun rəhbərliyi ilə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və müstəqil Azərbaycanın gələcək inkişafının əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı. Dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ölkənin başlıca strateji vəzifəsinə çevrildi”.

"18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün tarixi ilə bağlı daha bir əlamətdar məqam da diqqətəlayiqdir. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Heydər Əliyev xalqın böyük səs çoxluğu ilə (98,84 faiz) Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Bu gün 18 oktyabr yalnız müstəqilliyimizin hüquqi cəhətdən bərpa olunduğu tarixi xatırlamaq günü deyil. Bu gün həm də müstəqilliyin hansı çətinliklər hesabına əldə edildiyini və onu qorumağın nə qədər böyük məsuliyyət tələb etdiyini dərk etmək günüdür.

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin, milli iradəsinin və azadlıq arzusunun nəticəsi olaraq bərpa edib. Bu müstəqilliyin qorunması, dövlətimizin gücləndirilməsi, milli maraqlarımızın müdafiəsi və gələcək nəsillərə daha qüdrətli Azərbaycanın miras qoyulması hər birimizin üzərinə düşən tarixi məsuliyyətdir.

Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq əzminin, milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Bu əlamətdar gün bir daha təsdiq edir ki, müstəqillik yalnız tarixi sənədlə elan edilən hüquq deyil, həm də daim qorunmalı, möhkəmləndirilməli və gələcək nəsillərə ötürülməli olan ən böyük milli sərvətimizdir", - deyə o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq