FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2
Bakı, 18 oktyabr, AZƏRTAC
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, yanğın hadisəsi nəticəsində xəsarət alan olmayıb.
08:01
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
FHN-dən AZƏRTAC-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
07:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.