PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan çempionatlarında 1000-ci oyunlarını keçirmiş “Qarabağ” və “Neftçi” klublarına Peşəkar Futbol Liqası (PFL) tərəfindən xatirə mükafatları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, xüsusi hədiyyələr PFL-in texniki-idman direktoru Elgiz Abbasov tərəfindən Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” oyunundan əvvəl “Qarabağ”ın 1000 oyununun hər birində əvvəl futbolçu, sonra isə klub rəsmisi kimi iştirak etmiş, hazırda lisenziyalaşdırma üzrə menecer Şahid Həsənova və uzun illər “Neftçi”nin şərəfini qorumuş veteran futbolçu, hazırda seleksiya məşqçisi kimi çalışan İqor Getmana təqdim olunub.