Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım İsmayılov birdən qaldırma hərəkətində 139 kiloqram nəticə göstərərək üçüncü yeri tutub.
İdmançı təkanla qaldırma hərəkətində də uğurlu çıxış edərək 175 kiloqram çəkinin öhdəsindən gəlib və bürünc medala sahib olub.
Beləliklə, iki hərəkətin cəmində 314 kiloqram nəticə göstərən Qasım İsmayılov Avropa birinciliyinin daha bir bürünc medalını qazanıb.