Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 16 oktyabr, AZƏRTAC
Milli Paralimpiya Komitəsinin (MPK) yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti MPK-nın rəhbərliyi ilə birlikdə Fəxri xiyabanı ziyarət edib.
MPK-dan AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə çiçəklər düzüb.