Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
Bakı, 16 oktyabr, AZƏRTAC
İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem İspaniyanın “Real Madrid” komandası ilə müqaviləsini uzatmaq barədə klubla razılığa gəlib.
AZƏRTAC “Diario AS” nəşrinə istinadla xəbər verir ki, yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Yeni anlaşmaya əsasən, futbolçunun maaşı da artırılacaq.
Onun hazırkı müqaviləsi 2028/2029-cu illər mövsümünün sonunda başa çatmalıdır.
Qeyd edək ki, Cud Bellinqem 2023-cü ilin yayında Almaniyanın “Borussiya Dortmund” klubundan 103 milyon avro qarşılığında “Real Madrid”ə keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [13:03]