Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib
Astana, 16 oktyabr, AZƏRTAC
2026-cı ildə Qazaxıstan Azərbaycan, Türkiyə və Qırğızıstanla beynəlxalq avtomobil daşımaları üçün icazələrin elektron mübadiləsini genişləndirib. Gürcüstanla isə sınaq mübadiləsi başlayıb.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Astanada keçirilən “New Silk Way” beynəlxalq biznes forumunda Avtomobil Nəqliyyatı və Nəqliyyata Nəzarət Komitəsinin sədri Dastan Jumakulov məlumat verib.
Təqdim olunan məlumatlara görə, elektron formatda təxminən 700 min xarici icazə verilib.
Qazaxıstan, həmçinin dövlət informasiya sistemlərinin inteqrasiyası vasitəsilə icazələrin verilməsindən tutmuş onların faktiki istifadəsinin təsdiqlənməsinə qədər beynəlxalq avtomobil daşımalarının tam rəqəmsal nəzarətini həyata keçirir.
Bu tədbirlərin nəqliyyat şəffaflığını artıracağı və biznes üçün inzibati maneələri azaldacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]