Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq
Bakı, 16 oktyabr, AZƏRTAC
Komandada əhval-ruhiyyə çox yaxşıdır. Yeni baş məşqçi Elvin Quliyev də bizə inanır, yaxşı kollektiv formalaşdırmaq üçün çalışır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futzalçısı Nihad İsmayılov dünya çempionatının əsas seçmə mərhələsinin ilk turunda Çexiya ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, rəqibin kağız üzərində favorit olduğunu bildirib: “Onların matçlarını izləmişik. Çexiyanın heyətində 3-4 təcrübəli oyunçu var. Digərləri isə gənc futzalçılardır. Çexiya seçməsi əsasən hava toplarına üstünlük verir. Cüssəli oyunçuları var. Bu məqamlara xüsusi hazırlaşmışıq. Düşünürəm ki, bu rəqibi məğlub etmək olar”.
“Neftçi”nin formasını geyinən İsmayılov yığmanın qrupdakı hədəfləri barədə də danışıb: “Rəhbərlik bizə inanır və hər oyunda qələbə gözləyir. İnanıram ki, məqsədimiz olan dünya çempionatına vəsiqə qazanacağıq”.
Qeyd edək ki, Fridek-Mistek şəhərində yerləşən "Hala Polarka" İdman Arenasında bu gün təşkil olunacaq Çexiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Azərbaycan yığmasının qrupdakı digər rəqib Latviya seçməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]