“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır
Paris, 16 oktyabr, AZƏRTAC
Fransada oktyabrın 17-də yanacağın bahalaşmasına, alıcılıq qabiliyyətinin azalmasına və dövlət xidmətlərinin pisləşməsinə etiraz olaraq genişmiqyaslı səfərbərlik planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, ölkə üzrə təxminən min aksiya nəzərdə tutulur. Sosial şəbəkələrdə fəallaşan “Sarı jiletlilər” hərəkatının nümayəndələri müxtəlif nəsillərin və peşə qruplarının etirazlarını birləşdirməyə, aksiyaları daha mütəşəkkil şəkildə təşkil etməyə çalışırlar.
“Franceinfo”nun məlumatına görə, sentyabrda gənc “TikTok” istifadəçilərinin “hər şeyi bloklamaq” çağırışı geniş dəstək qazanmamışdı. Lakin oktyabrın ortalarında lisey şagirdlərinin etirazları yenidən fəallaşıb və “Sarı jiletlilər” hərəkatının bəzi nümayəndələri bu narazılıqları ümumi səfərbərliyə çevirmək təşəbbüsü ilə çıxış ediblər.
Həmkarlar ittifaqlarından “Solidaires” və Fermerlər Konfederasiyası aksiyalarda iştirak edəcəklərini açıqlayıblar. Ümumi Əmək Konfederasiyası (CGT) da səfərbərliyə dəstək verdiyini bildirib. Bununla belə, aksiyaların real miqyasını əvvəlcədən müəyyənləşdirmək hələlik çətindir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
- 16.10.2026 [10:33]
SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq
- 16.10.2026 [07:40]
İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]