Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi -  ŞƏRH

Bakı, 16 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini, müstəqil xarici siyasət kursunu və regional sülhün təmin olunmasına dair prinsipial yanaşmasını əks etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Deputat bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzu yalnız əlverişli coğrafi mövqeyi ilə deyil, həm də həyata keçirdiyi ardıcıl siyasət, regional əməkdaşlığın genişləndirilməsi və beynəlxalq təşəbbüslərə verdiyi töhfələrlə müəyyən olunur. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz nəqliyyat-logistika, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf və iqtisadi əlaqələrin genişləndirilməsi sahələrində mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də beynəlxalq təşkilatların qərarlarının icrası məsələləri xüsusi yer tutub. Bu prinsiplər beynəlxalq münasibətlər sistemində sabitliyin qorunması və münaqişələrin qarşısının alınması baxımından fundamental əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, beynəlxalq hüquq normalarının seçici şəkildə tətbiqi beynəlxalq institutlara etimadı zəiflədir, münaqişələrin həllini çətinləşdirir və hüquqi məsuliyyət prinsipinə xələl gətirir. Bütün dövlətlərə münasibətdə eyni hüquqi meyarların tətbiqi beynəlxalq sistemin etibarlılığının və ədalətin təmin edilməsinin əsas şərtlərindəndir. Azərbaycanın uzun illər Ermənistanın hərbi təcavüzü ilə üzləşməsi və beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal altında qalması beynəlxalq hüququn icrası ilə bağlı problemləri aydın şəkildə nümayiş etdirib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin uzun müddət icra olunmaması beynəlxalq mexanizmlərin səmərəliliyi məsələsini gündəmə gətirib. O qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazisində bərpa edilməsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından mühüm mərhələlərdir. Bu hadisələr, eyni zamanda, beynəlxalq hüququn prinsiplərinin real siyasi şəraitdə təmin edilməsinin əhəmiyyətini göstərir. Azərbaycan münaqişənin başa çatmasından sonra regional qarşıdurmanın davam etdirilməsini deyil, davamlı sülhün və əməkdaşlığın təmin olunmasını əsas məqsəd kimi qarşıya qoyub. Beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən təsirli mexanizmlərin yaradılması yalnız Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin möhkəmləndirilməsi baxımından vacibdir.

Deputat AQEM-in fəaliyyətinin və Azərbaycanın təşkilata sədrliyi dövründə həyata keçirdiyi təşəbbüslərin də əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi təşkilatın praktiki imkanlarını artırır, üzv dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin inkişafına şərait yaradır. Müxtəlif siyasi və iqtisadi sistemlərə malik dövlətləri birləşdirən AQEM kimi platformalar dialoqun inkişafı, ortaq maraqların müəyyənləşdirilməsi və regional çağırışların birgə həlli baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti ölkəmizin çoxtərəfli diplomatiyaya və beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir. “Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafında, enerji təhlükəsizliyinin təmin olunmasında və regional iqtisadi əlaqələrin genişləndirilməsində iştirakı Avrasiya məkanında əməkdaşlıq imkanlarını artırır. Şərqlə Qərb arasında bağlantıların gücləndirilməsi, logistika infrastrukturunun inkişafı və rəqəmsal transformasiya region ölkələrinin iqtisadi dayanıqlılığına töhfə verən əsas amillərdəndir. Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin qorunması və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi kimi mühüm prinsipləri ön plana çıxarıb. Bu yanaşma Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasətinin mahiyyətini ifadə edir. Azərbaycanın beynəlxalq platformalarda irəli sürdüyü mövqe davamlı sülhün yalnız siyasi bəyanatlarla deyil, beynəlxalq hüququn prinsiplərinə əməl olunması, qarşılıqlı suverenliyə hörmət və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi ilə mümkün olduğunu göstərir. Bu prinsiplərin ardıcıl tətbiqi həm regional sabitliyin qorunmasına, həm də beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə xidmət edir”, - deyə M.Vəliyeva əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb