UNEC beynəlxalq reytinqdə uğur qazanıb
Bakı, 14 oktyabr, AZƏRTAC.
QS Reytinqində beynəlxalq ticarət üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkəmizdə 1-ci, dünyada isə 65-ci yerdədir.
Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib.
UNEC ayrı-ayrı göstəricilər üzrə də yüksək nəticələr əldə edib. Belə ki, UNEC reytinqdə “Məzunların nəticələri” göstəricisi üzrə dünyada 28-ci, “Ticarət proqramının məzmunu” üzrə 33-cü, “İnnovativ tədris” üzrə isə 50-cidir. QS Beynəlxalq Ticarət Reytinqi beynəlxalq ticarət sahəsində MBA və magistr proqramlarını müxtəlif meyarlar əsasında qiymətləndirir. “Hinrich Foundation” ilə əməkdaşlıq çərçivəsində hazırlanan reytinqdə proqramların məzmunu, məzunların nəticələri, sənaye ilə əməkdaşlıq, innovativ tədris, akademik nüfuz və tədqiqat fəaliyyəti nəzərə alınır.