Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi tərəfindən keçirilən 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” yekunlaşıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası”nın qərarına əsasən, pitçinq mərhələsində iştirak edən 31 layihədən 18-i Agentlik tərəfindən istehsalına dəstək göstərilməsi üçün seçilib.
Ümumilikdə, 18 qalib layihəyə limit xərclər cədvəllərinə əsasən 2.763.861 AZN maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.
Bununla yanaşı, Ekspert Şurasının qərarına əsasən 5 layihə Bədii Keyfiyyətə Nəzarət Komissiyasının iştirakı ilə təkmilləşdirilməklə növbəti ilin “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsində birbaşa iştirak hüququ qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]