Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir
Bakı, 15 oktyabr, AZƏRTAC
Milli kimlik insanın mənsub olduğu xalqla bağlı olan dəyişməz dəyərdir, dini kimlik isə sonradan seçilə bilər. Dinin siyasiləşdirilməsi və dövlət işlərinə müdaxilə vasitəsinə çevrilməsi isə yolverilməzdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib.
O diqqətə çatdırıb ki, vahid məktəbli forması şagirdlər arasında bərabərliyin qorunması, məktəb mühitində vahidliyin və nizam-intizamın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Məktəbli geyimi təhsil müəssisəsinin ümumi qayda və tələblərinə uyğunluğun göstəricisidir. Eyni zamanda, bu forma şagirdlərdə məktəbə və təhsilə məsuliyyətli münasibətin formalaşmasına xidmət edir”, – deyə Xalq artisti əlavə edib.
Müxbir – Fidan Əlizadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]