Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Culfa Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

AZERTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə bildirib ki, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışı həm retrospektiv, həm də gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edir, eyni zamanda, milli təhlükəsizlik və inkişaf doktrinasının başlıca konturlarını və qarşıda duran əsas vəzifələri müəyyənləşdirib. Əsas vəzifələr əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır.

Naim Cahidzadə rayonun sosial-iqtisadi həyatında əldə olunan uğurlardan, həyata keçiriləcək layihələrdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində qəbul edilən Dövlət proqramları, sərəncamlar və həyata keçirilən layihələr Culfa rayonunun da qarşıdakı dövr üçün inkişaf prioritetlərini müəyyənləşdirir. Bu mühüm sənədlərdə rayonun kənd təsərrüfatı, yol, su, mənzil-kommunal, təhsil, nəqliyyat və digər sahələr üzrə infrastrukturunun yenilənməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsi üçün geniş imkanlar nəzərdə tutulub.

Sonra şəhid atası, Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbinin müəllimi Məhəmməd Nəcəfov, Culfa şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Gülnar Cəfərova, Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayeva və Əlincəqala Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam düşüncəli, yüksəktəhsilli, bacarıqlı kadrların yetişdirilməsi yönündəki məsələlər diqqətə çatdırılıb.

Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, Yeni Azərbaycan Partiyasının 1992-ci ilin noyabrında məhz Naxçıvanda təsis edilməsi siyasi tariximizin mühüm hadisəsidir. Ölkəmizin ağır sınaqlarla üzləşdiyi dövrdə Ümummilli Lider Heydər Əliyevin ətrafında formalaşan siyasi birlik sonrakı dövlət quruculuğunda mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasi xəttin ən böyük tarixi nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. Lakin qazanılmış uğurların qorunması da böyük məsuliyyət tələb edir. Prezidentin çıxışından irəli gələn mühüm nəticə budur ki, dövlətimizin gücünü qorumaq üçün təhlükəsizlik tədbirləri ilə yanaşı, iqtisadi müstəqillik, təhsil, insan kapitalı və dövlət institutlarının səmərəliliyi də daim gücləndirilməlidir. Məhz buna görə Naxçıvanın iqtisadi dayanıqlılığının artırılması, istehsal və investisiya imkanlarının genişləndirilməsi ümumdövlət siyasətinin mühüm tərkib hissəsidir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bölgənin inkişafı üçün sistemli çərçivə müəyyən edib. Proqram iqtisadi fəallığın yüksəlməsini, sahibkarlıq üçün daha əlverişli şəraitin yaradılmasını və infrastrukturun iqtisadi imkanlara çevrilməsini əsas hədəflər kimi müəyyən edir. Artıq konkret nəticələr də müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsul 1 milyard 341 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən real ifadədə 3,5 faiz artıb. Sənaye məhsulu 411,6 milyon manat olmaqla, 7,2 faiz, kənd təsərrüfatı məhsulu 318,9 milyon manat olmaqla, 4,7 faiz artıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 238,2 milyon manata çatıb və real artım 37,4 faiz təşkil edib. Nəqliyyat və anbar təsərrüfatı xidmətlərində isə 17,4 faizlik artım qeydə alınıb. Rəqəmlər iqtisadi fəallığın artdığını göstərir.

Samir Seyidəhmədli bildirib ki, xüsusilə əsas kapitala investisiyaların yüksəlməsi yeni istehsal və xidmət sahələri üçün əlverişli zəmin yaradır. Ancaq sərmayənin həqiqi səmərəsi onun gələcəkdə istehsala, məhsuldarlığa və davamlı məşğulluğa verəcəyi töhfə ilə müəyyən olunacaq. Bu səbəbdən iqtisadi göstəricilərlə yanaşı, onların keyfiyyəti və uzunmüddətli təsiri də diqqətdə saxlanılmalıdır. 2023-cü ildən 2026-cı il iyulun 1-dək muxtar respublikada 4797 yeni iş yeri açılıb, 359 istehsal və xidmət sahəsinin yaradılması başa çatdırılıb. Eyni dövrdə 342 sahibkarlıq layihəsinə 27,2 milyon manat güzəştli kredit verilib. Sahibkarlığa dəstəyin davamı olaraq müəssisələrin fəaliyyət imkanlarının genişləndirilməsi, qarşıya çıxan inzibati çətinliklərin aradan qaldırılması və rəqabətqabiliyyətli istehsalın təşviqi vacibdir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Sərəncamı ilə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə, ümumilikdə, 258 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu qərar enerji və yol infrastrukturunun inkişafı, ictimai nəqliyyatın yenilənməsi, məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yaşayış binalarının və istilik təsərrüfatının təmiri, Naxçıvan Dövlət Universitetinin infrastrukturunun gücləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Ümumi uzunluğu 420 kilometr olan yolların əsaslı təmirinin nəzərdə tutulması kəndlərlə şəhər və rayon mərkəzləri arasında əlaqələrin yaxşılaşdırılması və kənd təsərrüfatı məhsullarının bazarlara çıxışının asanlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Səlahiyyətli nümayəndənin müavini diqqətə çatdırıb ki, kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyan su təminatının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası xüsusi diqqət tələb edir. Naxçıvanın gələcək iqtisadi inkişafında enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələri bir-birini tamamlamalıdır. Yeni infrastruktur yalnız mövcud problemləri aradan qaldırmamalı, həm də sahibkarlıq və investisiya üçün yeni imkanlar yaratmalıdır. Bu qərarlar muxtar respublikanın inkişafı üçün mühüm maddi zəmin yaradır. Dövlət tərəfindən yaradılmış bu imkanlar qarşısında əsas məsuliyyət qəbul edilmiş qərarların vaxtında, keyfiyyətlə icrasına və həmin qərarların vətəndaşların həyatında real nəticələr verməsinə nail olmaqdır. Bu baxımdan müvafiq qurumlar öz səlahiyyətləri çərçivəsində layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, mövcud koordinasiya mexanizmlərindən səmərəli istifadəyə və nəticələrin düzgün qiymətləndirilməsinə xüsusi diqqət yetirməlidirlər. Eyni tələb vətəndaşlarla münasibətlərdə də özünü göstərməlidir. Müraciətə cavab vermək kifayət deyil, qaldırılan problemin həlli istiqamətində görülmüş işlər də aydın olmalıdır. Xüsusilə kəndlərdə suvarma və içməli su, yol, məşğulluq və sosial xidmətlərlə bağlı ehtiyaclar yerində öyrənilməli, aidiyyəti qurumlarla birgə real həll yolları müəyyən edilməlidir. İctimaiyyətlə əlaqələr formal tədbirlərlə məhdudlaşmamalı, gündəlik idarəetmənin tərkib hissəsinə çevrilməlidir.

Qeyd edilib ki, Prezidentin çıxışında milli və ideoloji təhlükəsizlik məsələləri də mühüm yer tutur. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə gənclərin tənqidi düşünmə, məlumatı təhliletmə və etibarlı mənbələri fərqləndirmə bacarıqlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Burada müəllimlərin, ziyalıların, ailələrin və ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Bu gün vətənpərvər gənc yalnız öz tarixini bilən deyil, həm də yaxşı təhsil alan, müasir texnologiyalara yiyələnən, milli dəyərlərinə bağlı olan və ölkəsinin inkişafına töhfə verməyə hazır vətəndaşdır. Bilikli və məsuliyyətli gəncliyin yetişdirilməsi ölkəmizin gələcək gücünün mühüm təminatıdır.

Samir Seyidəhmədli qeyd edib ki, Prezidentin VIII Qurultayda müəyyən etdiyi istiqamətlər hər kəsi bir həqiqət ətrafında birləşdirir: siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır. Naxçıvanda əldə olunan nəticələrin növbəti mərhələdə daha güclü istehsal potensialına, daha geniş işgüzar imkanlara və səmərəli idarəetmə təcrübəsinə çevrilməsi qarşıda duran mühüm vəzifədir. Naxçıvan Azərbaycanın dövlətçilik tarixində mühüm iz qoymuş bir diyardır. İndi bu tarixi irsin davamı olaraq onun müasir iqtisadi inkişafda da mövqeyini gücləndirmək üçün geniş imkanlar mövcuddur. Əsas məqsəd bu imkanları davamlı tərəqqiyə xidmət edən nəticələrlə möhkəmləndirməkdir.

Müxbir - Nail Əsgərov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyin də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb