Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Brüssel, 15 oktyabr, AZƏRTAC
Belçikada yeni fəaliyyətə başlayan həkimlər, o cümlədən stomatoloqlar arasında xaricdə təhsil alan mütəxəssislərin payı əhəmiyyətli dərəcədə yüksəkdir.
AZƏRTAC xəbər verir ki, “The Brussels Times” nəşrinin məlumatına görə, 2020–2025-ci illərdə Belçikada ümumi praktika həkimləri və mütəxəssislər üçün verilmiş 13 min 918 peşə icazəsinin 3014-ü xaricdə əsas tibbi təhsil almış şəxslərin payına düşüb. Bu, ümumi göstəricinin təxminən 22 faizini təşkil edir.
Stomatoloqlar arasında isə xaricdə təhsil alanların payı daha yüksəkdir. Son 5 ildə verilmiş 2821 yeni peşə icazəsinin 1265-i Belçikadan kənarda magistr təhsili almış mütəxəssislərə məxsusdur. Bu, təxminən 45 faiz deməkdir.
Beləliklə, bu sahədə yeni peşə icazəsi alanların 25,5 faizi xaricdə təhsil alıb.
Qeyd edək ki, diplomların tanınması Belçikada səhiyyə sektorunda işləmək üçün vacib şərtdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [17:29]