İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
London, 15 oktyabr, AZƏRTAC
İngiltərənin cənubundakı bir sıra bölgələrdə aylardır davam edən yağıntı çatışmazlığı səbəbindən güclü quraqlıq elan edilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın Ətraf Mühit Agentliyinin qərarı Kornuoll, Devon, Dorset, Somerset, Şərqi Sasseks və Qərbi Sasseks qraflıqlarının bəzi ərazilərini əhatə edir. Qərar Milli Quraqlıq Qrupu tərəfindən ölkə üzrə su ehtiyatlarının və quraqlıq şəraitinin qiymətləndirilməsindən sonra qəbul olunub. Bildirilib ki, ölkədə müşahidələr tarixinin ən isti yay mövsümündən sonra suya tələbatın artması su ehtiyatlarına ciddi təsir göstərib.
Böyük Britaniya hökuməti əhalinin su təchizatında fasilələrin gözlənilmədiyini açıqlayıb. Qeyd olunub ki, güclü quraqlığın elan edilməsi mümkün problemlər yaranmazdan əvvəl su ehtiyatlarının qorunması üçün qabaqlayıcı tədbirlərin görülməsinə imkan verəcək.
Hökumətin planına əsasən, su təchizatı şirkətlərinə su anbarlarında və çaylarda suyun səviyyəsini gündəlik izləmək tapşırılacaq, həmçinin suyun keyfiyyətinə nəzarət gücləndiriləcək. Bununla yanaşı, Ətraf Mühit Agentliyi təbii su mənbələrindən istifadə edən müəssisələrdə yoxlamaları artıracaq. Məqsəd müəssisələrin yalnız icazə verilən həcmdə su götürməsini təmin etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]