Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat
Praqa, 15 oktyabr, AZƏRTAC
Çexiyada aparılan araşdırma valideynlərin övladlarının internetdəki davranışları ilə bağlı riskləri çox vaxt düzgün qiymətləndirmədiyini üzə çıxarıb.
AZƏRTAC xəbər verir ki, Masarik Universitetinin Brno şəhərində fəaliyyət göstərən IRTIS institutu tərəfindən aparılan tədqiqat 11-14 yaşlı yeniyetmələrin onlayn fəallığını əhatə edib.
Araşdırmaya görə, uşaqların 78 faizi şəxsi yazışmalarda həmyaşıdları ilə fotoşəkillərini və geolokasiya məlumatlarını paylaşır, 60 faizi isə bu məlumatları sosial şəbəkələrdə açıq yayımlayır.
Tədqiqatçılar xüsusilə şəxsi məlumatların, o cümlədən tam adın, ünvanın və parolların internetdə paylaşılmasının təhlükəli olduğunu vurğulayırlar. Valideynlərin təxminən yarısı övladlarının belə məlumatları paylaşdığından xəbərsizdir.
Araşdırma, həmçinin kibertəhqir və intim məzmunlu yazışmalarla bağlı məlumatlılığın aşağı olduğunu göstərib.
Mütəxəssislər valideynləri uşaqların internet fəaliyyətinə daha çox diqqət yetirməyə və onlarla onlayn təhlükəsizlik barədə müntəzəm danışmağa çağırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]