Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə kollegiya qərarlarının icra vəziyyəti barədə məlumat verilib, bəzi qurumlar üzrə monitorinqin aparılması ilə bağlı təkliflər irəli sürülüb.
Sonra hüquqi aktlarda, o cümlədən Əmək Məcəlləsində həyata keçirilmiş dəyişikliklərin kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsində, habelə Hesablama Palatasının cari fəaliyyətində nəzərə alınması ilə bağlı təqdimatlar edilib.
Daha sonra Hesablama Palatasında həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub, dəyişikliklərin qurum qarşısında duran vəzifələrin icrasında önəmindən bəhs olunub.
Müzakirələr zamanı kollegiya üzvləri və struktur bölmə rəhbərləri tərəfindən müvafiq fikir və təkliflər irəli sürülüb.
Hesablama Palatasının sədri tərəfindən qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətli icrası, o cümlədən nəzarət tədbirləri üzrə qurumlar tərəfindən icra edilməyən və qismən icra olunan tədbirlərin icrasının təmin olunması üçün fəaliyyətlərin sürətləndirilməsi ilə bağlı kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.