Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır  ŞƏRH

Bakı, 15 oktyabr, AZƏRTAC

Müasir dünyada dövlətlərin təhlükəsizliyi yalnız sərhədlərin qorunması və hərbi güclə ölçülmür. Bu gün ideoloji təsirlər, informasiya manipulyasiyaları və dini-siyasi çağırışlar da dövlətlərin qarşılaşdığı ciddi təhlükələr sırasındadır. Belə bir şəraitdə milli təhlükəsizliyin ən mühüm dayaqlarından biri gənc nəslin hansı dünyagörüşü və dəyərlər əsasında yetişdirilməsidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov deyib.

Deputat bildirib ki, məhz buna görə məktəb yalnız təhsil müəssisəsi deyil, həm də dövlətin gələcəyini müəyyənləşdirən mühüm sosial institutdur: “Son günlərdə məktəbli geyimi və dini əlamətlərin təhsil mühitində istifadəsi ətrafında yaranmış müzakirələrə də bu baxımdan yanaşmaq lazımdır. Məsələni yalnız geyim və dini etiqad azadlığı çərçivəsində qiymətləndirmək onun daha geniş pedaqoji və dövlətçilik mahiyyətini tam əks etdirmir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu prinsip ölkəmizin dövlətçilik modelinin mühüm əsaslarından biridir. Dünyəvilik dinə qarşı münasibət deyil. Əksinə, müxtəlif dini inanclara malik və heç bir dinə etiqad etməyən insanların hüquq bərabərliyinin təmin olunmasıdır. Dövlət məktəbi bütün uşaqların ortaq təhsil məkanıdır. Burada şagirdlər dini mənsubiyyətindən, ailələrinin dünyagörüşündən və sosial vəziyyətindən asılı olmayaraq eyni hüquqlara malik olmalıdırlar. Vahid məktəbli formasının əhəmiyyəti də yalnız zahiri görünüşlə məhdudlaşmır. O, ümumi qaydalara əməl olunmasına, kollektiv mənsubiyyət hissinin güclənməsinə və şagirdlər arasında fərqlərin qabardılmamasına xidmət edə bilər.

Bu baxımdan məktəbdə dünyəvilik prinsipinin və vahid geyim qaydalarının qorunmasını vacib hesab edirəm. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş bir insan kimi məktəbdə yaranan münasibətlərin uşaqların psixologiyasına necə təsir göstərdiyini yaxşı bilirəm.

Pedaqoji müşahidələrim zamanı dini geyimə üstünlük verən bəzi təhsilalanların fərqli geyinən yoldaşlarına kinayəli və mənəvi üstünlük nümayiş etdirən münasibətinin şahidi olmuşam. Əlbəttə, belə davranışları bütün hicablı insanlara aid etmək düzgün olmaz”.

A.Novruzov qeyd edib ki, məktəb mühitində bu cür münasibətlərin yaranması ciddi pedaqoji narahatlıq doğurur: “Çünki məktəbdə heç bir uşaq geyiminə, dini baxışına və ya ailə ənənələrinə görə özünü başqasından üstün hesab etməməlidir. Eyni zamanda, heç bir şagird dini geyiminə görə təzyiq və ayrı-seçkiliklə üzləşməməlidir. Məktəbin əsas vəzifəsi uşaqları zahiri əlamətlərə görə deyil, biliklərinə, davranışlarına, zəhmətsevərliklərinə və insani keyfiyyətlərinə görə qiymətləndirməyi öyrətməkdir. Bu gün məktəb partasında əyləşən uşaqlar sabah dövlətin və cəmiyyətin gələcəyini müəyyənləşdirəcəklər. Onların hansı dəyərlər əsasında yetişməsi milli dövlətçiliyin davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə müxtəlif xarici ideoloji mərkəzlərin informasiya resursları, sosial şəbəkələr və dini-siyasi təbliğat vasitəsilə cəmiyyətlərə təsir göstərmək imkanları genişlənib. Xüsusilə gənclərin dünyagörüşünə yönəlmiş manipulyativ təsirlər uzunmüddətli risklər yarada bilər. Bu səbəbdən dövlətin gələcək ideoloji təhlükələri qabaqlamağa yönəlmiş siyasəti zəruridir. Lakin burada əsas vasitə yalnız inzibati məhdudiyyətlər deyil, keyfiyyətli təhsil, tənqidi düşüncə, milli tarixə bağlılıq və hüquqi şüurun formalaşdırılması olmalıdır. Müstəqil düşünməyi bacaran, öz hüquqlarını və dövlətinin konstitusion əsaslarını bilən gənci xarici ideoloji təsirlərlə yönləndirmək daha çətindir. Son hadisələr göstərir ki, ölkə daxilində təhsil və dini münasibətlərlə bağlı yaranan mübahisələr qısa müddətdə xarici siyasi dairələrin diqqət mərkəzinə çevrilə bilir.

Heç bir xarici siyasi və ideoloji mərkəzin Azərbaycanın daxili təhsil siyasətini diktə etmək hüququ yoxdur. Bununla yanaşı, xarici tənqidlə sübuta yetirilmiş müdaxilə fərqləndirilməli, vətəndaşların dini inancları xarici təsirlə eyniləşdirilməməlidir.

Dövlətin əsas vəzifəsi xarici müdaxilə imkanlarını minimuma endirmək, qanunsuz təsir mexanizmlərinin qarşısını almaq və cəmiyyətdə dövlətə etimadı gücləndirməkdir”.

“Məktəbin gələcəyi – dövlətin gələcəyidir. Məktəbdə dini geyim elementlərinin vahid məktəbli formasından kənarda saxlanılması insanların dini inanclarına qarşı münasibətdən deyil, məktəbin bütün uşaqlar üçün ortaq, dünyəvi və bərabər təhsil mühiti olmasından irəli gəlir. Azərbaycanın dünyəvi dövlətçilik modeli qorunmalı, gələcək nəsillər elmi dünyagörüşü, milli mənsubiyyət hissi, vətəndaşlıq məsuliyyəti və qarşılıqlı hörmət əsasında yetişdirilməlidir. Unutmamalıyıq ki, dövlətin gələcək ideoloji təhlükəsizliyi bu gün məktəbdə formalaşan düşüncədən başlayır. Güclü dövlətin ən etibarlı dayağı isə savadlı, müstəqil düşünən, milli kimliyini dərk edən və başqalarının hüquqlarına hörmət göstərən vətəndaşdır”, - deyə o əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb VİDEO

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib