“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur
Ağdam, 15 oktyabr, AZƏRTAC
Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daimi şəkildə müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Enerji satışı departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev deyib.
R.Quliyev bildirib ki, “2025-ci ildə itki səviyyəsi 8,5 faiz olub. 2026-cı ilin yekunlarında texniki itki həddinin 8,2 faiz təşkil etməsi proqnozlaşdırılır.
O qeyd edib ki, qurum tərəfindən 2025-ci ildə yığım səviyyəsi 97,9 faiz təşkil edib. Bu ilin sonuna isə yığım səviyyəsinin 98 faiz olacağı proqnozlaşdırılır.
Müxbir – Tahir Ağaməmmədov