Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Şri-Lanka əmindir ki, AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək və etimadın gücləndirilməsinə öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Vicita Herat qeyd edib ki, qlobal təhlükəsizlik mühitində geosiyasi qeyri-müəyyənliklərin və çağırışların olduğu bir dövrdə etimadın gücləndirilməsinə və ortaq addımlar atılmasına böyük ehtiyac var. Şri-Lanka AQEM-ə Pan-Asiya, dialoq platforması olaraq baxır, burada olan konsensusəsaslı qərarlar sülhə, təhlükəsizliyə və əmin-amanlığa töhfə verir. Asiya böyüyür və iqtisadi faydalar hamının xidmətində olmalıdır. İnanırıq ki, iqtisadiyyatımızın bütün potensialı yalnız yaxşı kommunikasiya ilə mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:25]
İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik
- 15.10.2026 [13:15]
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
- 15.10.2026 [12:44]