Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan sədrliyi dövründə AQEM-in məqsəd və hədəflərinə sadiqlik nümayiş etdirərək Asiyada qarşılıqlı fəaliyyətin genişləndirilməsi və etimad quruculuğunun gücləndirilməsi istiqamətində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə görə təşəkkür edən Türkmənistan Prezidenti vurğulayıb ki, Azərbaycan bu platformada təşəbbüskar və əməkdaşlığı dəstəkləyən tərəf kimi xüsusi mövqeyə malikdir: “Bu baxımdan Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik“.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:07]
“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO
- 15.10.2026 [15:03]
Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub
- 15.10.2026 [14:44]
Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO
- 15.10.2026 [14:09]
Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
- 15.10.2026 [14:08]